Xaricdə təqaüdlü təhsil necə almaq olar?
Məlumdur ki son illərdə xaricdə təhsil alan Azərbaycanlı tələbə sayı xeyli artmışdır.
Avropada təhsil və xaricdə yaşam xərcləri ölkəmizə nisbətən daha yuxarı olduğu üçün tələbələr təqaüdlü təhsil arzulayır.
Əslində təqaüd almaq o qədər də çətin deyil.
Sadəcə düzgün addımlar atmalı və tələbləri düzgün yerinə yetirməliyik.
Xaricdə təqaüd proqramları 3 qrupa bölünür:
1.Getdiyiniz ölkənin hökuməti tərəfindən təqdim edilən təqaüd
2.Universitetlərin tələblərinə verilən təqaüd
3.Təşkilatlar tərəfindən verilən təqaüdlər
Təqaüd qazanmağı asanlaşdıran yollardan biri isə TEZ MÜRACİƏT ETMƏYİNİZ OLACAQ. Hətta elə universitetlər də var ki təqaüd proqramına qeydiyyatı 1 il əvvəlcədən açıq edir.
Digər tərəfdən isə hökumət tərəfindən verilən təqaüdləri izləmək üçün ölkəmizdəki səfirliklərin internet saytlarına baxa bilərsiz.
Müxtəlif ölkələrdə təqaüdlü təhsil
Polşada təqaüdlü təhsil: Adətən Polşada yaşam xərcləri daha uyğun olduğu üçün verilən təqaüdlər kifayət edir. Əlavə olaraq isə tələblərə işləmək icazəsi verilir. Qəbul müsahibə yolu ilə aparılır. Polşada tələbəyə aylıq 350 euro təqaüd verilir.
IELTS balı olmadan da təqaüd proqramlarına müraciət etmək olar.
Macarıstanda təqaüdlü təhsil: Macarıstanda təqaüdlü təhsil almaq üçün ilk öncə siz seçəcəyiniz ixtisasda təqaüdün olub olmayacağını aydınlaşdırmalısız.
BƏS TƏQAÜDLÜ TƏHSİL ÜÇÜN BİZƏ HANSI SƏNƏDLƏR LAZIMDIR?
Bakalavr pilləsi üçün Attestat
Magistr pilləsi üçün Bakalavr diplomu
Xarici pasport
Motivasiya məktubu
Referans məktubu
IELTS və ya TOEFL sertifitakatı
Şəkil
GPA(Ortalama)
ƏRİZƏNİZƏ TEZ-TEZ NƏZARƏT EDİN
DAHA COX TƏQAÜDƏ MÜRACİƏT EDİN