a

Cleverest Academy

  /  Xaricdə Həyat   /  Xaricdə Təhsil və Yaşam Qiymətləri
xaricdə təhsil

Xaricdə Təhsil və Yaşam Qiymətləri

Xaricdə təhsil almaq istəyən tələbələri ən çox maraqlandıran suallardan biri də xarici universitetlərdə qiymətlər necədir? Minimum maximum qiymətlər həmçinin xaricdə yaşam xərcləri və  yataqxana qiymətləri bunların hamısı tələbələri hər zaman ən çox düşündürən suallar olmuşdur.

İndi isə biz bu sualların hər birinə cavab tapacağıq.

İlk öncə sizinlə tələblərin ən çox müraciət etdiyi ölkələr haqqında danışacağam. Bunu qeyd etmək lazımdır ki, xaricdə illik təhsil haqqı qiymətləri hər bir ixtisasa görə fərqlidir.

TÜRKİYƏDƏ TƏHSİL VƏ YAŞAM QİYMƏTLƏRİ

Türkiyə dövlət universitetlərində illik təhsil haqqı təxmini 300 azn-dən başlayır və 1000 azn-ə qədər dəyişir. Bəzi ixtisaslar vardır ki tibb, hüquq bu ixtisaslarda qiymətlər daha yüksək olur. Siz illik təhsil haqqını hissəli şəkildə ödəyə bilərsiniz.

Yataqxana qiymətləri isə ortalama 200 azn civarı dəyişir. Bu qiymətə səhər, axşam yeməkləri və komunal xərclər daxildir. Türkiyənin bütün dövlət və özəl universitetlərində yeməkxanalar olur, tələbə bir öyün yeməyini təxminən 0.50 azn ödəyərək universitetdə qidalana bilər.

Kirayə evdə qalmaq istəyən tələbələr 2-3 nəfər 2 otaqlı bir evdə 300-350 azn ödəyərək ev kirayə götürə bilərlər. Evdə qalan tələbələrin əlavə ev xərcləri, 30-40 azn komunal ödənişlər, bir nəfərə qida xərci isə aylıq 40-50 azn olur ki bu qiymətə əsasən zəruri qida vasitələri daxildir.

POLŞADA TƏHSİL VƏ YAŞAM QİYMƏTLƏRİ

Avropa ölkələri arasında ən çox müraciət edilən ölkələrdən biri də məhz Polşadır.

1.Polşa universitetlərində illik təhsil haqqı 1600-2800 euro arası dəyişir. Bu qiymət 2800-5000 AZN arası təşkil edir.

2.Ümumi yaşam xərcləri isə hər bir fərdə görə dəyişə bilər. Ortalama 500-600$ arası dəyişir. Bu qiymətə ev, komunal, yemək xərcləri daxildir.

3.Yataqxana qiymətləri isə 100-300 avro yəni 200-600 manat arasındadır.

4.Polşaya təyyarə biletləri isə 700 azn-dən başlayır.

Leave a comment