a

Cleverest Academy

  /  Xaricdə Təhsil   /  Xaricdə Təhsil üçün IELTS yoxsa TOEFL? Hansı daha yaxşıdır?
xaricdə təhsil

Xaricdə Təhsil üçün IELTS yoxsa TOEFL? Hansı daha yaxşıdır?

Məlumdur ki, bir çox tələbə Amerika, Kanada, Almaniya və s. kimi xarici ölkələrdə təhsil almaq istəyir. Ancaq xaricdə təhsil almaq üçün bir neçə mərhələdən keçmək lazımdır.

1 ci mərhələdə siz ingilis dili biliyinizi təkmilləşdirib müəyyən sertifikatlar almalısınız. Buna IELTS və ya TOEFL sertifikatları daxildir.

Bəs bu iki imtahan arasındakı fərqlər nələrdir? Üstünlükləri nələrdir?

TOEFL (ingilis dilində Test of English as a Foreign Language – Xarici Dil Qismində İngilis dili Testi deməkdir)

İETLS – (Beynəlxalq İngilis dili İmtahanı sistemi)

Onuda qeyd edək ki, universitetlərin 90 %-i bu iki imtahandan birinini nəticəsini problemsiz şəkildə qəbul edir.

Hər iki imtahandan alacağınız sertifikatın müddəti 2 ildir.

İlk olaraq IELTS Böyük Britaniya və Avstraliya universitetlərinə qəbul olmaq üçün yaradılmışdır.

Hər iki imtahan 4 hissədən ibarətdir. Ancaq tək fərq ondadır ki, İELTS imtahanında speaking(danışıq) TOEFL imtahanından fərqli şəkildə keçirilir. Yəni İELTS imtahanında bu hissə canlı şəkildə müəllimin iştirakı ilə keçirilir. İlk 5 dəqiqə danışıq, digər 5 dəqiqə ərzində isə müzakirələr aparılır. İmtahanın  3 hissəsini bir gündə vərmək olar. Son hissəsini isə digər imtahanın son günü də vermək olar.

TOEFL imtahanında isə speking(danışıq hissəsi) 6 sualdan ibarətdir. 2 sual istənilən sərbəst mövzudan ibarət olur. Digər 4 sual isə nağıletmədən ibarət olur.

İELTS İMTAHANI 2 SAAT 45 DƏQİQƏ TOEFL İMTAHANI İSƏ 4 SAAT DAVAM EDİR.

Bunu sizə tövsiyə edirik ki, siz ilk öncə hansı universitet və ölkəyə müraciət edəcəyinizi müəyyən etdikdən sonra o universitetin hansı nəticələr tələb etdiyini dəqiqləşdirin və həmin imtahanlar üzrə hazırlaşmağa başlayın.

UĞURLAR ARZU EDİRİK!

Xaricdə təhsil arzularınızı gerçəkləşdirmək üçün Cleverest Academy rəhbərliyinə güvənə bilərsiniz.

Leave a comment