a

Cleverest Academy

  /  Xaricdə Təhsil   /  Türkiyədə tibb təhsili
türkiyədə tibb təhsili

Türkiyədə tibb təhsili

Bildiyimiz kimi son illərdə xaricdə təhsil alan tələbələrin sayı xeyli artmışdır.

Azərbaycanda isə tələbələrin çoxu Türkiyə universitetlərinə müraciət edir.

Həm coğrafi yaxınlığı, həm qardaş ölkə olmağı və milli mədəni dəyərlərin yaxınlığı həmçinin yaşam xərclərinin münasib olması tələbələrin seçimlərinə şərait yaradır.

Son illərdə isə Türkiyədə tibb təhsili xeyli genişləmiş və tələbələrin ən çox müraciət etdiyi ixtisaslardan biri olmuşdur.

BƏS TÜRKİYƏDƏ HANSI UNİVERSİTETLƏRDƏ TİBB TƏHSİLİ ALMAQ OLAR?

Medipol Universiteti

Hacettepe Universiteti

Yeditepe Universiteti

Bahçeşehir Universiteti

Acıbadem Universiteti

İstanbul Aydın Universiteti

9 Eylül Universiteti

İstanbul Cerrahpaşa Universiteti

Başkent Universiteti

Ege Universiteti

Pamukkale Universiteti

BƏS TÜRKİYƏDƏ TİBB TƏHSİLİNİ NECƏ ALMAQ OLAR?

Türkiyə təhsil sahəsində xüsusilə də Tibb sahəsində xeyli inkşaf etmişdir.

Tibb təhsili 6 illikdir.

Diş həkimliyi(stomotologiya) isə 5 illik təhsildir.

Digərlərindən fərqli olaraq Türkiyədə tələbələr ilk kursdan etibarən praktikalara cəlb olunur və ancaq ixtisas yönümlü fənlər tədris olunur.

BƏS QƏBUL PROSESİ NECƏ APARILIR?

Türkiyə universitetlərində tibb təhsilinə qəbul üçün sizdən Attestat, YÖS, DİM balınız tələb oluna bilər. Bunlardan ən önəmlisi isə attestatdır və attestat qiymətlərinizin 5 olması arzuolunandır.

Hacettepe, Cerrahpaşa kimi nüfuzlu universitetlərdə tədris ingilis dilində keçirilir.

Buna görə qəbul üçün SATTOEFL kimi sertifikatlar tələb olunur.

Bəs Türkiyədə tibb təhsili qiymətləri necədir?

Bəli, digər ixtisaslara nisbətən tibb ixtisaslarının qiymətləri daha yüksəkdir.

Dövlət universitetlərində ixtisasın təhsil haqqı münasib olduğu halda özəl universitetlərdə bu qiymət daha yuxarı ola bilər.

Leave a comment