a

Cleverest Academy

  /  Xaricdə Təhsil   /  TÖMER imtahanı nədir?

TÖMER imtahanı nədir?

TÖMER (Türk dili haqqında sertifikat) / TYS (Türkçe Yeterlik Sınavı), Türkiyə universitetlərinə müraciət edən hər bir tələbə istər bakalavr, magistratura və ya doktorantura olsun bu imtahandan keçməlidir. Bakalavr səviyyəsində universitetlər bu imtahanı qeydiyyatdan sonra edir və tələbə bir başa olaraq dərslərə 1-ci kursdan başlayır. Magistratura səviyyəsində isə əsasən müraciət tarixində TÖMER sertifikatı tələb olunur.

 

TÖMER kimlərə lazımdır?

 

1)Attestatla təhsil almaq istəyən tələbələrə(bakalavr)

2)YÖS imtahan nəticəsi ilə bakalavr təhsili almaq istəyən tələbələrə

3)Magistr təhsili almaq istəyən namizədlərə

4)Doktorantura oxumaq istəyənlərə

 

  • YÖS balı ilə qəbul aparan universitetlərdə TÖMER və ya TYS balları 65-70-dən başlayır.

 

  • Əgər tələbə TÖMER imtahanından keçməsə o zaman 1 il hazırlıq oxumalıdır. 1 ildən sonra isə ixtisas üzrə davam edə bilər bu isə həm vaxt həm pul itkisidir.

 

  • Attestatla qəbul edən universitetlərdə isə keçid balları 55-60-dan başlayır.

 

 

Türkçe Yeterlilik Sınavı zamanı sizin biliyiniz 6 səviyyədə qiymətləndirilir. Bu səviyyələr aşağıdakılardır.

 

  • A1 – Başarısız – (Bu nəticəni heç bir universitet qəbul etmir)
  • A2 – Başarısız – (Bu nəticəni heç bir universitet qəbul etmir)
  • B1 – Başarılı – (Bu nəticəni bəzi universitetlər qəbul edir)
  • B2(55-70) – Başarılı – (Bu nəticəni birçox universitetlər qəbul edir)
  • C1(71-88) – Başarılı – (Bu nəticəni demək olarki 95% universitetlər qəbul edir)
  • C2(89-100) -Başarılı – (Bu nəticə tamami ilə keçərlidir)

 

 

Daha ətraflı məlumat üçün bizə yazaraq məlumat ala bilərsiniz.

+994 755 11 444

+994 788 11 44

Ünvan: Nigar Rəfibəyli 20(Tarqovi KFC yaxınlığı)

Leave a comment