a

Cleverest Academy

  /  Xaricdə Həyat   /  Kanada vizası necə ala bilərəm?

Kanada vizası necə ala bilərəm?

Son illərdə milyonlarla insan Təhsil iş və turizm üçün Kanadanı seçir. Ottava, Toronto, Vankuver kimi böyük turistik şəhərlərinə də müraciət çox olur. Həmçinin Niaqara şəlaləsi və bitmək bilməyən turizm obyektləri vardır.

Kanada vizasına müraciət edən insanlar prosesin çox çətin hətta vizanı əldə etmək mümkünsüz kimi görünə bilər. Ancaq düzgün sistem qurulduqda prosedurlar düzgün getdiyi zamanda Kanada vizasını əldə etmək şansınız artır.

Əgər siz Kanadaya səyahət turistik gəzinti üçün getmək istəyirsizsə, bu zaman sizə Kanada üçün turistik viza növü lazım olacaq.

Yox əgər siz Kanadada 6 ay müddətindən çox qalacaqsızsa yəni iş və yaxud təhsil (Bakalavr magistr) müraciət edirsinizsə sizə İş vizası və Təhsil vizası lazım olacaq.

Və bu proseslərdə sizin qəbul kağızlarınız rəsmi dövlət tərəfindən verilən sənədlər təqdim edilir. Bu proseslərdə Cleverest Academy sizə kömək göstərir.

BƏS VİZA PROSEDURU ÜÇÜN BİZƏ HANSI SƏNƏDLƏR LAZIMDIR?

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış)
  5. Adınıza olan bank hesabından arayış və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 5 ölçüdə, ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. İngilis dilində doldurulmuş ərizə formalarınız
  12. Viza rüsumunun ödənilməsini təsdiq edən sənədiniz
  13. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Bu sənədlərin bəziləri səfirliyə təqdim olunarkan ingilis dilinə tərcümə olunmalıdır.

Viza xərclərinə 100 CAD (Kanada dolları) səfirliyin rüsumu, 85 CAD biometrik datanın götürülməsi üçün rüsum və 25 AZN viza müraciət mərkəzinin rüsumu daxildir. Siz 100 CAD + 85 CAD rüsumu onlayn olaraq, 25 AZN rüsumu isə viza mərkəzində nağd olaraq ödəyirsiniz.

Ümumilikdə isə Kanada turist viza müraciəti, adətən, 20-30 iş günü aralığında davam edir.

Leave a comment