a

Cleverest Academy

  /  Xaricdə Təhsil   /  İtirilmiş Atestatı Necə Bərpa Etmək Olar?
itmiş attestat

İtirilmiş Atestatı Necə Bərpa Etmək Olar?

İtirilmiş attestatı necə bərpa edə bilərəm?

Attestat orta məktəbi bitirdikdən sonra təhsil müəssisəniz tərəfindən sizə 10 gün ərzində təqdim olunur.

Hansı ki siz bu sənədlə xaricdə təhsil ala bilirsiz.

İndi sizə müəyyən səbəblərə görə attestat itirilərsə onu necə bərpa etməli olduğumuz haqqında məlumat verəcəm. Ancaq unutmayın, Azərbaycanda attestat bərbası yalnız bir dəfə olur və çalışın attestatınızı itirməyəsiniz.

İlk öncə siz mütləq şəkildə 3 quruma müraciət edirsiniz:

1.Oxuduğunuz məktəb

2.Müəllimlər qazeti

3.Bakı şəhər baş polis idarəsi tapıntılar bürosu

İlk öncə oxuduğunuz məktəbə müracət edib attestatınızı itirdiyiniz barədə məlumat verirsiz.və məktəb sizə arayış verir ki sizdə onu Bakı şəhər baş polis idarəsinin tapıntılar bürosuna təqdim edirsiz.

Təxminən 10 gün sonra Bakı şəhər Polis idarəsinin tapıntılar bürosu sizə attestanızın tapılmaması barədə arayış təqdim edir.

Azərbaycan Müəllimlər qazetinə itmiş attestat barədə elan veririrsiz.və onlar sizə attestatın itirilməsi ilə bağlı dərc edilmiş tiraj verir.

Ən sonda hər iki qurumdan yəni müəllimlər qazetindən aldığınız tiraj və tapıntılar bürosundan aldığınız arayışla orta məktəbinizə müraciət edirsiz.

Bundan sonrakı proseslər oxuduğunuz məktəbdə gedir onlar sənədləri Təhsil Nazirliyinə göndərir. Nazirlik onlara attestatı göndərir orta məktəb onun içinin lazımı məlumatlarını doldurub möhürləyib sizə təqdim edir.

Leave a comment