a

Cleverest Academy

  /  Xaricdə Təhsil   /  DİM ilə Türkiyə Universitetlərinə Qəbul
dim imtahani

DİM ilə Türkiyə Universitetlərinə Qəbul

Hər bir tələbənin xaricdə təhsil almaq kimi istəkləri olur ancaq hansı yolla necə gedəcəklərini seçə bilmirlər. Xaricdə təhsil almağın bir çox yollları var. Məsələn Türkiyədə siz yalnız attestat nəticələriniz və yaxud da YÖS, SAT imtahanlarından keçərək təhsil almaq şansı qazanırsınız. Bunlar isə yəni,hansı imtahanlardan keçərək qəbul olmağımız universitetlərdən asılı olaraq dəyişir ki bəzi universitetlər SAT ilə bəziləri YÖS ilə qəbul edir.

Artıq siz YÖS, SAT, Attestat olmadan DİM (TQDK) imtahanında topladığınız imtahan(attestat) balı ilə Türkiyənin ən nüfuzlu dövlət imtahanlarında təhsil ala bilərsiniz.

Türkiyədə Tələbələri DİM (TQDK) balı ilə qəbul edən universitetlər adətən dövlət universitetləridir. Digər xarici dövlətlər DİM (TQDK) balı ilə birbaşa universitetlərə qəbul etmir

DİM (TQDK) balı ilə qəbul aparan universitetlərin siyahısı;

  • On Dokuz Mayıs Universiteti
  • Orta Doğu Teknik Universiteti
  • Yıldırım Beyazıt Universiteti
  • Koç Universiteti
  • Hacettepe Universiteti
  • Boğaziçi Universitet

Tələbə əgər 400-500 arası bal toplayırsa normal unversitetlərdən qəbul alır. 600 üzəri toplayan tələbələr isə daha nüfuzlu, daha prestijli universitetlərdən qəbul alır.

600 üzəri toplayan tələbələr Tibb, Mühəndislik, İqtisadiyyat ixtisaslarında təhsil şansı qazanır.

Leave a comment