Atatürk Universitetində Qiyabi Təhsil
Bəzən işləyən insanlar, ana olanlar və digər səbələrdən əyani təhsil ala bilməyənlər qiyabi təhsilə üz tutur. Məhz qiyabi təhsilin üstünlükləridə budur. Həm oxuyub həm işləmək imkanı
Və siz də Cleverest Academy-ə müraciət edərək həm oxuyub həm işləmə imkanı əldə edəcəksiniz.
Türkiyədə qiyabi təhsil imkanlarının olduğu universitetlər çoxdur. Bunlara
Atatürk Universiteti
Anadolu Universiteti
İstanbul Universiteti və başqa universitetləri önərə bilərik.
İndi isə gəlin Atatürk universitetində qiyabi təhsil ilə yaxından tanış olaq.
Azərbaycanlı tələbələrin ən çox üz tutduğu universitet elə məhz Atatürk Universitetidir. Atatürk Universiteti Türkiyənin ən qədim 7- ci universitetidir. Universitetin əsası 1957-ci ildə yaradılıb və Türkiyənin Erzurum şəhərində yerləşir.
Universitetin tərkibinə
- 23 fakültə
- 8 institut
- 1 kollec
- 1 dövlət konservatoriyası
- 12 peşə məktəbi
- 25 tədqiqat və tətbiq mərkəzi daxildir
Bəs Atatürk Universitetinə qəbul qaydaları necədir?
Atatürk imtahanına qəbul heç bir imtahan vermədən yalnız attestatla mövcuddur. Siz qiyabi təhsil zamanı ildə iki dəfə, 6 aydan bir universitetə getməyiniz kifayətdir. Hər gedişdə 3 gün qalmaq kifayət edir.İtahanlar ildə 2 dəfə Türkiyədə, 2 dəfə Azərbaycanda – Bakıda keçirilir.
Universitetdə təhsil haqqı 300 AZN-dən başlayır.
Universitetdə oxuya biləcəyiniz ixtasların bir qismi ilə aşağıda tanış ola bilərsiniz.
İqtisadiyyat
Dövlət idarəçiliyi
Reklam
İctimaiyyətlə əlaqələr
Tibb işinin təşkili
Sosiologiya
Tarix
Sağlık Yönetimi
Çocuk Gelişimi
Atatürk Universitetinə müraciət üçün lazım olan sənədlər
1)Şəkil
2)Attestat
3)Transkript
4)Pasport və ya şəxsiyyət vəsiqəsi
leyla
08/08/2022çox sağolun)
Pingback: Qiyabi Təhsil - Avropada qiyabi təhsil almaq - Cleverest Academy
18/12/2023