a

Cleverest Academy

  /  Xaricdə Həyat   /  Amerika iş vizası

Amerika iş vizası

Amerika iş vizası – Cleverest Academy

Amerikaya səfər etmək orada işləmək, təhsil almaq üçün Azərbaycan vətəndaşlarına Amerika vizası almaq vacibdir.

Amerika vizasının isə bir neçə növü vardır.

Amerika vizası vətəndaşlara miqrant və qeyri miqrant vizaları olaraq verilir.

Miqrant vizaları- bu viza növünə Amerikada daimi yaşamaq orada işləmək istəyən vətəndaşlar müraciət edir.

Qeyri imqrant-Bu viza növünə isə adətən hər kəs müraciət edə bilər, Turizm dost tanışını səfər etmək istəyənlər həmçinin təhsil almaq üçün gedən vətəndaşlar müraciət edə bilər.

Amerika üçün ən çox müraciət olunan viza növləri B1/B2 viza növləridir.

Azərbaycan vətəndaşları üçün bu vizanın müddəti 1 il ərzində 6 ayı əhatə edəcək şəkildə olur. Yəni, siz bu vizanı əldə edərək vizanızın verildiyi gündən hesablanaraq 1 il sonrasına kimi hər bir girişinizdə ABŞ-da maksimum 6 ay qala bilərsiniz.

Siz bu vizanı əldə etdikdən sonra ABŞ-a turistik və ya işgüzar səfərinizi reallaşdıra bilərsiniz.

Əgər siz 2021 ci il İyun ayının 1-i viza almısızsa bu viza 2022 iyun 1-ə qədər aktiv viza hesab olunur.Ancaq bu müddət ərzində Amerikaya hər girişinizdə maxsimum 6 ay qala bilərsiz.

 VİZA MÜRACİƏTİ ÜÇÜN LAZIM OLAN SƏNƏDLƏR

1. Xarici pasport

2. Şəxsiyyət vəsiqəsi

3. İş yerinizdən və yaxud təhsil müəssisənizdən arayış

4. Əvvəl vizalarınız olubsa giriş-çıxış möhürləri

5. Adınıza olan bank hesabından arayış və çıxarış

6. 2 ədəd 5×5 ölçüdə və ağ fonda şəkil

7. Aviabilet və ya otel bronları

8. Onlayn DS-160 ərizə formanızın təsdiqi

9. Mülki vəziyyətiniz

BƏS VİZA PROSEDURU NECƏ GEDİR?

İlk öncə siz onlayın ərizə formasını doldurursuz və ərizəni təqdim edirsiz.

Digər mərhələdə isə siz ABŞ-ın Azərbaycandakı səfirliyindən görüş əldə etməlisiniz. Bu görüş pəncərəsinin açılması üçün isə siz öncə viza ödənişini onlayın şəkildə həyata keçirməlisiniz.

Viza ödənişi hər bir şəxs üçün yaş fərqi olmadan 160 ABŞ dolları təşkil edir.

Siz ödənişi bank kartı vasitəsilə və ya nağd olaraq edə bilərsiniz. Ödənişi etdikdən sonra növbəti açılan pəncərədə səfirlikdə mümkün olan görüş tarixləri və saatlardan siz özünüzə uyğun olanı seçirsiniz. Seçdiyiniz tarix və saatda qeyd etdiyimiz sənədlərlə birgə səfirlikdə görüşə getməlisiniz.

Daha sonra intervyuya daxil olursunuz.

İNTERVYU

İntervyu adətən 5-15 dəqiqə müddətində olur və siz konslla birbaşa görüşdə olursuz. Bu zaman sizə verilən suallar sizin Amerikaya nə üçün getdiyiniz, gedəcəyinz zaman nələr edəcəyiniz soruşulur. Həmçinin özünüz haqqında məlumat, işləriniz, təhsiliniz, ailə vəziyyətiniz haqqında bəzi suallar soruşula bilər.

Və siz viza nəticəsinin cavabını intervyu sonunda öyrənmiş olursuz.

Konsul sizə vizanın verilib veriilmədiyini bildiri

Viza verildiyi təqdirdə sizdən pasportunuz götürülür.Və vizanız hazırlanır.

ABŞ vizasına gedən ən önəmli yol məhz intervyudakı performansınızdan və verdiyiniz cavablardan keçir. Siz mütləq şəkildə konsulu inandırmağa çalışmalı, qəti şəkildə yalan məlumat verməməli və konsulun sizə verdiyi suallara bacardıqca detallı şəkildə cavab verməlisiniz.

VİZA ALMAQ EHTİMALI

Hər bir ölkənin viza müraciətində olduğu kimi ABŞ-da da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin yaxşı olması, aylıq gəlirinizin standart maaş aralığından biraz yuxarı olması, bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər olması önəmli bir faktordur.

Viza dəstəyi

Təhsil və iş ilə bağlı Cleverest Academy-ə müraciət edərkən sizin universitetlərdən qəbul almağınızla yanaşı bundan əlavə sizə viza dəstəyi də göstəririk.

Bura səfirlikdə görüşün təyin edilməsi, sənədlərin peşəkar şəkildə hazırlanması, ərizə formasının doldurulması kimi bir çox prosedurlar aiddir.

Cleverest Academy hər zaman bütün proseslərdə sizin dəstək göstərəcəkdir.

Comments

  • Anar Dadasov
    24/10/2022

    Zehmet olmasa elaqe nimresi yazin

    Reply

Leave a comment