Eiffel Təqaüd Proqramı
Eiffel təqaüd proqramı təhsilini Fransa ali təhsil müəssisələrinin magistratura və PhD səviyyələrində
daha yüksək səviyyədə davam etdirmək istəyən tələbələr üçün nəzərdə tutulub namizədlər, bu məqaləmiz sizin üçün
daha maraqlı olacaq.
Eiffel TƏQÜD PROQRAMI
“Eyfel Mükəmməlliyi Təqaüd Proqarmı” kimidə tanınan Eiffel Təqaüd proqramı
Fransanın Avropa və Xarici İşlər Nazirliyi tərəfindən təklif olunan nüfuzlu təqaüd
proqamıdır.Bu təqaüd proqramı tələbələrin magistr və doktorantura səviyyələrində
Fransada təhsillərini davam etdirməyə cəlb etmək məqsədi daşıyır. Eiffel təqaüdü yüksək
rəqabətli bir proqramdır,çünki bütün dünyadan Fransada magistr və PhD(doktorantura)
təhsili almaq istəyən tələbəlr üçün açıqdır.Fransanın Avropa və Xarici İşlər Nazirliyinin
məlumatına görə Eiffel Təqaüd proqramına hər il təxminən 10,000 müraciət qəbul edilir
və bunlardan yalnız 1000-ə yaxın təqaüd verilir.Seçim prosesi ciddidir və burda akademik
göstəricilərə,həmçinin müraciət edın şəxsin motivasiya və potensialına ciddi önəm verilir.
Eiffel təqüd proqramı nəyi qarşılayır?
Aylıq yaşam xərcləri(yaşayış,yemık,nəqliyyat və.s)
1)Magistr səviyyəsi üçün : Eiffel təqaüdçüləri aylıq € 1,181 müavinət alırlar ki, buna bir neçə
xidmətin birbaşa ödənişi əlavə olunur.
2)Doktorantura səviyyəsi üçün : Eiffel doktoru təqaüdçüləri aylıq 1,700 avro məbləğində
müavinət alırlar, buna bir neçə xidmətin birbaşa ödənişi əlavə olunur.
Səyahət xərcləri(Təqaüd müddətinin əvvəlində və sonunda gediş-gəliş
aviabiletləri)
Sağlamlıq sığortası
Mədəni fəaliyyətlər
Eiffel TƏQAÜDÜN TƏLƏBLƏRİ NƏLƏRDİR?
Akademik Transkript
GPA 90+
Motivasiya məktubu
Tövsiyyə məktubu
CV
Şəxsiyyət vəsiqəsi/Pasport
İxtisas uyğunluğu
Universitetin tələbindən asılı olaraq dil sertifikatı(fransız və ya ingilis)
KİMLƏR MÜRACİƏT EDƏ BİLƏR?
Yalnız xarici vətəndaşlar Eyfel Təqaüdünə müraciət edə bilərlər
Magistratura pilləsinə müraciət edən tələbələrin yaşı 25-dən yuxarı olmalıdır
Doktorantura pilləsi üzrə müraciət edən tələbələrin yaşı 30-dan yuxarı olmalıdır
Bəs necə müraciət etməli?
Bütün universitetlər Eiffel təqaüd təklif eləmir. Bu məlumatı universitetin rəsmi saytından yaxud
mail olaraq əldə etmək olar.
- İlk olaraq seçdiyiniz universitetin beynəlxalq əlaqələr şöbəsi ilə əlaqə saxlayıb sənədlərin
təqdim olunma müddətini öyrənmək lazımdır. Alternativ olaraq, ölkənizdəki Fransa
səfirliyi ilə əlaqə saxlaya bilərsiniz. - Eiffel təqaüdünə müraciət edib-etməyəcəyinizə universitet qərar verir. Universitet
müraciət üçün sizə ərizə forması təqdim edəcəkdir. Daha sonra universitet sizin adınıza
təqaüd üçün müraciət edəcəkdir. Yalnız Fransa universitetləri tərəfindən göndərilən
ərizələr qəbul ediləcəkdir. Birbaşa tələbələr və ya xarici təhsil müəssisələri tərəfindən
təqdim olunan ərizələr qəbul edilməyəcəkdir.
Təhsil müddəti nə qədərdir?
Magistratura səviyyəsi, 12 ilə 36 ay arasında ;
Doktorantura və ya PhD səviyyəsi, Fransada 12 aya qədər tədqiqat dövrləri üçün
Müraciət üçün müraciətin açılışı: 18 sentyabr 2023-cü il həftəsi
Campus France tərəfindən ərizələrin qəbulu üçün son tarix: 10 yanvar 2024-cü il .
Nəticələrin dərci: 1 aprel 2024-cü il həftəsi
Əlavə məlumat üçün rəsmi sayta nəzər yetirə bilərsiniz
Digər Təqaüd növləri ilə buradan tanış ola bilərsiniz