a

Cleverest Academy

  /  Uncategorized   /  ÇİNDƏ TƏQAÜDLÜ TƏHSİL (HÖKÜMƏTLƏRARASI TƏQAÜD PROQRAMI)
Çində təqaüdlü təhsil

ÇİNDƏ TƏQAÜDLÜ TƏHSİL (HÖKÜMƏTLƏRARASI TƏQAÜD PROQRAMI)

Çində təqaüdlü təhsil (Hökümətlərarası təqaüd proqramı çərçivəsində) verilir. Bu proqrama müraciət edən namizədlər bakalavr,
magistratura və doktorantura təhsil səviyyələri üzrə təhsil almaq hüququ əldə
edirlər.Təhsil müddəti ixtisasdan asılı olaraq bakalvriat səviyyəsi üzrə 4-6 il,
magistr səviyyəsi üzrə 2-4 il, doktarantura səviyyəsi üzrə isə 3-4 il arasında dəyişir.
Çində təqaüdlü təhsil üçün HANSI SƏNƏDLƏR TƏLƏB OLUNUR?
 Attestat( bakalvr səviyyəsi üçün ), diplom və diplom əlavəsi
 Təhsil aldığınız universitetdən arayış
 Akademik transkript
 GPA:min 71
 Motivasiya məktubu
 Dil sertifikatları (İELTS,TOEFL,HSK)
 CV və ya tərcümeyi-hal
 Pasportun sürəti
Çində təqüdlü təhsil proqramı NƏLƏRİ QARŞILAYIR?
 Ali məktəbdə qeydiyyat xərci
 Təhsil haqqı
 Laboratoriya xərci
 Təcrübə (“internship”) xərci
 Tədris materialları
 Yataqxana xərci
 Aylıq yaşayış xərci
Əlavə məlumatı buradan əldə edə bilərsiniz
BƏS Çində təqaüdlü təhsilə NECƏ MÜRACİƏT EDƏ BİLƏRİK?
 Təqaüd proqaramına müraciət üçün namizədlər Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyinin elektron ərizə sisteminə müraciət etməlidirlər:

QEYD :Yalnız qeydiyyatı düzgün şəkildə tamamalmış və ümumi tələblərə
cavab verən namizədlər fərdi şəkildə onlayn müsahibəyə dəvət olunacaqlar.
 Müsahibənin vaxtı əvvəlcən seçilmiş namizədlərə elektron sistem vasitəsilə
bildiriləcək.
 Onlayn müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən
şəxslər müsahibəyə buraxılmayacaq.
 Hər bir namizədlə keçiriləcək müsahibə 10-15 dəqiqə ərzində davam edir,
müsahibədə audio-video yazılması aparılır.
 Elm və Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin
adları ÇXR tərəfinə 2024-cü ilin fevral ayında təqdim ediləcəkdir;
 Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2024-cü ilin
iyul ayı ərzində təqdim olunması gözlənilir.
XÜSUSİ QEYDLƏR:
 Tədris dili Çin dilində təhsil almaq istəyən tələbələr bir il müddətində çin
dili üzrə hazırlıq kursu keçməlidirlər. Çin dili üzrə hazırlıq kursu keçmək
istəyən tələbələr bakalavriat təhsil səviyyəsi üzrə çin dili səviyyəsi imtahanı
üzrə (HSK3) 3-cü dərəcəyə, magistratura və doktorantura təhsil səviyyələri
üzrə isə Çin dili səviyyəsi imtahanı üzrə (HSK4) 4-cü dərəcəyə malik
olmalıdırlar.
 Bakalavriat səviyyəsi üzrə təhsil yalnız Çin dilində mümkündür.
 Çin hökumətinə bakalavriat səviyyəsi üzrə müraciət edənlərin yaşı sənəd
qəbulu dövründə 25-dən aşağı, magistratura üçün 35-dən aşağı, doktorantura
üçün isə 40-dan aşağı olmalıdır.
MÜRACİƏT ÜÇÜN SON TARİX: 25.12.2023, 18:00 (GMT+4, Bakı vaxtı ilə)

Leave a comment