Çində təhsil
ÇİNDƏ TƏHSİLİN ÜSTÜNLÜKLƏRİ NƏDİR VƏ NƏYƏ GÖRƏ ÇİN?
Yüksək keyfiyyətli təhsil: Çin dövləti yüksək keyfiyyətli təhsili ilə tanınan bir çox nüfuzlu universitetlərə ev sahibliyi edir.Bu
universitetlər möhkəm təməli olan təhsil, güclü akademik proqlamları və.s ilə tanınır.
Mədəni təcrübə: Çin dövləti qədim mədiniyyəti,müxtəlif festivalları,özünə məxsus adət-ənənləri ilə tanınır.Burda təhsil alaraq
siz bu zəngin mədəniyyət ilə yaxından tanış ola bilərsiz.
Təqaüd imkanları:Çin dövləti beynəlxalq tələbələr üçün müxtəlif təqaüd proqlamları təklif edir.Bu proqramlar tələbənin yaşam xərclərini,nəqliyyat və.s xərcləri qarşılayır.
Dil bacarıqları:Siz Çində təhsil almaqla bərabər dünyada ən çox
istifadə olunan Mandarin Çincəsini öyrənmək şansını əldə edirsiz.Mandarin Çincəsini bilmək sizə beynəlxalq biznes,mədəni mübadilə və ünsiyyət üçün yeni imkanlar yaradacaq.
Çində təhsil (bakalavr)
Çin universitetlərinin əsas kompenentlərindən biri beynəlxalqlaşmadı.Buna görə də Çin universitetlərində tədris əsasən ingilis dilində olur.Tədris ili 4 ildir,lakin bəzi bəzi ixtisaslar 5-6 il ola bilir.Məsələn,Tibb Bakalavrı və Cərrahiyə bakalavrı.Tədris ili sentyabrın ortalarında başlayıb yanavrın ortalarında bitən payız semestri,mart ayında başlıyan və iyulun ortalarında bitən yaz semestrindən ibarətdir.
HANSI İXTİSASLAR ÜZRƏ MÜRACİƏT EDƏ BİLƏRİK?
Tibb bacısı üzrə bakalavr
Mühəndislik üzrə bakalavr
Biznes üzrə bakalavr
Kompüter Elmləri üzrə Bakalavr
Çin dilində bakalavr
Mühasibat uçotu üzrə bakalavr
İqtisadiyyat üzrə bakalavr
Maliyyə üzrə bakalavr
Hüquq üzrə bakalavr
Marketinq üzrə bakalavr
QƏBUL ÜÇÜN TƏLƏBLƏR NƏLƏRDİR ?
Hər bir universitetə tələblər müxtəlif ola bilər.Bunu müraciət edecəyiniz universitetin veb saytına daxil olaraq araşdırmağınız lazımdır.
Akademik transkript
Tam orta məktəbi bitirmə diplomu
Dil sertifikatları (İELTS,TOEFL,HSK)
Ərizə forması
Motivasiya məktubu
Referans məktubu
Paportun surəti
Şəxsiyyət vəsiqəsinin surəti
CV və.s
HANSI UNİVERSİTETLƏRDƏ TƏHSİL ALA BİLƏRSİZ ?
Pekin Universiteti
Tsinghua Universiteti
Fudan Universiteti
Zhejiang Universiteti
Nankin Universiteti
Çinin Renmin Universiteti
Tongji Universiteti
Çində təhsil ( magistratura)
Çində magistr təhsili 2-4 il ərzində ola bilər.İldə iki dəfə müraciət edə bilərsiz.Müraciət tarixlərinə seçəcəyiniz universitetin veb saytından baxa
bilərsiz.Əsasən müraciət vaxtları Dekabr-dan Mart,Aprelə qədər olur.Müraciət üçün hansı sənədlər təqdim edilməlidir? Ümumi olaraq aşağıdakı sənədlər tələb olunur :
Doğum şəhadətnaməsi;
Pasport və ya milli şəxsiyyət vəsiqəsi;
Referans məktubu
Diplomların və ya sertifikatların, o cümlədən bitirdiyiniz bakalavr dərəcəsinin
surətləri;
Akademik transkriptlər;
Motivasiya məktubu;
Tərcümeyi hal;
Dil sertifikatı (TOEFL,İELTS)
HANSI İXTİSASLAR ÜZRƏ MÜRACİƏT EDƏ
BİLƏRSİZ?
MBA Proqramları
Biznes üzrə magistr
İqtisadiyyat üzrə magistr dərəcəsi
Mühəndislik üzrə magistr dərəcəsi
Tibb üzrə magistr
Çində LLM Proqramları
Çində təhsil haqqı olduqca münasibdir. Təhsil haqqı, ümumilikdə, bir semestr üçün 1500- 2500 $-dan çox deyil və 200-400 $ təhsil haqqı olan qısa müddətli ‘Mandarin’ dərsləri də tapmaq mümkündür.
TƏQAÜD PROQRAMLARI
Çin dövləti tələbələrə təhsil,yaşam,nəqliyyat və.s xərclərini qarşılamaq üçün müxtəlif təqaüd proqramları təklif edir.Bakalavr üçün bu məbləğ aylıq 6000-6500 YUAN,Magistr üçün isə aylıq 7000-8000 YUAN-dır. Hal-hazırda Çin Xalq Respublikası 2024-2025-ci il tədrisi üçün HTP çərçivəsində təqaüd proqramı elan edir. Təqaüd proqramına sənəd qəbulu 25 dekabr saat 18:00-a kimi aparılacaq. Tələbələrin proqrama qəbulu ilə bağlı yekun qərarın 2024-cü ilin iyul – avqust ayları ərzində təqdim olunması gözlənilir.Proqram çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
Digər məqaləmizdə Çində Təqaüdlü təhsil haqqında ətraflı danışmışıq Buradan məlumat ala bilərsiniz .