a

Cleverest Academy

  /  Uncategorized   /  Xarici diplomların tanınması
Xarici diplomların tanınması

Xarici diplomların tanınması

Xarici diplom tanınması- Bildiyimiz kimi Azərbaycanda son illərdə xaricdə təhsil alan tələbələrin sayı olduqca çoxalmışdır. Ancaq bəzən elə olur ki, tələbələr qayıtdıqdan sonra diplomlarının tanıtdırmaqla bağlı məlumatı olmur.Bugunki məqaləmizdə xarici diplomların ölkəmizdə tanınması haqqında danışacağıq.

Belə ki, Xaricdə təhsil alıb qayıdan tələbələr də mütləq şəkildə universitet diplomlarını Azərbaycanda tanıtmalıdırlar.

Əgər tələbələr xarici universitetlərdən əldə etdiri diplomu öz ölkəsində təsdiqlətməsə bu zaman artıq diplom heç bir işə yaramır əmək fəaliyyətində çətinlik yaşayır.

Ancaq özəl müəssisələrdə bu problem yaşanmır.Adətən özəl müəssisələr şəxsləri bu şəkildə də işə qəbul edirlər.

Bəs xarici diplomların tanınması üçün nə etməliyik?

Diplomların tanınması əsasən iki əsas mərhələdən ibarətdir.

Belə ki siz ilk öncə təhsil aldığınız ölkədə diplomunuzu apostil etdirməlisiniz.Yəni diplomunuz bu ölkədə hüquqi şəkildə rəsmiləşdirilindən sonra digər ölkə ərazisində də istifadə oluna bilər.

Tanınma – xarici dövlətdə əldə edilmiş kvalifikasiyanın tanınması dedikdə şəxsin həmin kvalifikasiyaya Azərbaycan Respublikası ərazisində ekvivalent (bərabərhüquqlu) hesab edilən kvalifikasiya üzrə təhsilini yerli ali təhsil müəssisələrindən birində davam etmək və (ya) həmin kvalifikasiya üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün hüquq əldə etməsi başa düşülür.

Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının ölkə ərazisində tanınması prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı Qərarı  əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir

Ölkəyə qayıtdıqdan sonra diplom və əlavəni həmçinin lazım olan bütün sənədləri Azərbaycan dilində notarial qaydada tərcümə təsdiq elətdirib TKTA (Təhsildə Keyfiyyət Təminatı Agentliyi) online şəkildə təqdim etməlidirlər.

Daha ətraflı məlumat üçün  üçün info@tkta.edu.az elektron poçt ünvanına müraciət etməyiniz xahiş olunur.

Həmçinin diplomlarınızı təsdiqlətdirmək üçün TKTA (Təhsildə Keyfiyyət Təminatı Agentliyi) rəsmi internet səhifəsinə daxil olmalısınız. https://www.tkta.edu.az/

Leave a comment