a

Cleverest Academy

  /  Xaricdə Təhsil   /  Visegrad Təqaüdü
visegrad təqaüdü

Visegrad Təqaüdü

Avropa ölkələrinə müraciət edən tələbələrin ən çox maraqlandığı hissə isə hansı təqaüdlərə müraciət edə bilər və hansılardan müsbət nəticə ala bilərəm.

Visegrad təqaüdü Avropa ölkələri olan Polşa, Macarıstan, Çexiya kimi ölkələr verir.

Ancaq onu da qeyd edək ki, Avropa ölkələrində təhsil haqqı digər ölkələrə nisbətən daha aşağı olduğu üçün burada təqaüd imkanı digərləri kimi geniş deyil yəni təqaüdü qazanmaq üçün bizim nəticələrimiz daha yüksək olmalıdır.

VİSEGRAD TƏQAÜDÜ NƏYİ ƏHATƏ EDİR?

Bu təqaüd təhsil haqqını tamamilə ödəmir.

Hər tələbə üçün semestr üçün 1500 euro nəzərdə tutulur. Əgər tələbənin təhsil haqqı 1500 eurodan çox olarsa qalan ödənişi tələbənin özü ödəyir.

Eyni zamanda tələbəyə hər semestr üçün 2500 euro təqaüd verir. Və bu ödəniş universitet qeydiyyatı olunduqdan sonra tələbənin hesabına yatırılır

Bəs hansı sənədlər lazımdır?

1.İlkin olaraq qəbul kağızı (Əgər qəbul kağızını almamısınızsa universitetə müraciət edib əvəzedici sənəd yükləyə bilərsiniz.)

2.Xarici passport

2.Universiteti bitirmisinizsə tam təhsil haqqında transkriptiniz

Beynəlxalq dil sertifikatına ehtiyac varmı?

Visegrad öz rəsmi saytında bildirir ki, tələbə, ingilis dilində təhsil almaya da bilər. Eyni zamanda tələbənin dil biliyini göstərən sertifikat təqdim etməsi tələb olunmur. Nəticə olaraq, əsas məsələ universitetin qəbul və ya müraciət sənədi ilə bağlıdır.

Visegrad Təqaüdü üçün qeydiyyat nə zaman başlayır?

Bu təqaüd üçün qeydiyyat 1 Fevral – 1 Mart arası davam edir.

Nəticələr isə May ayında müəyyən olur.

Sentyabr Oktyabr aylarında isə təqaüdü qazanan tələbələrin hesabına pul köçürülür.

Visegrad təqaüdünə müraciət üçün aşağıdakı linkə keçid edə bilər, Həmçinin Cleverest Academy əməkdaşlarına müraciət edə bilərsiniz.

http://my.visegradfund.org/scholarships

Ətraflı məlumat üçün:

+994 55 755 11 44 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Leave a comment