a

Cleverest Academy

  /  Xaricdə Təhsil   /  Stipendium Hungaricum nədir?
macarıstanda təhsil

Stipendium Hungaricum nədir?

Stipendium Hungaricum -ilk dəfə 2013-cü ildə Macarıstan Hökuməti tərəfindən yaradılmışdır. Proqramın əsas məqsədi ölkədə təhsil alan əcnəbi tələbələrin sayını artırmaq və uğurlu beynəlxalq tələbələri Macarıstanda təhsil almağa həvəsləndirməkdir. Hər il dünya üzrə yüzlərlə tələbə ali təhsilini başa vurmaq üçün Macarıstan Dövlət Təqaüdünə müraciət edir. 2016/17-ci illərdə təxminən üç min tələbə Macarıstan Dövlət Təqaüdü (Stipendium Hungaricum) ilə təhsilə başlayıb.

Təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi (TN) ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 6 yanvar 2021-ci il tarixində imzalanmış 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandum”una əsasən həyata keçirilir.

Təqaüd üçün müraciət online qaydada həyata keçirilir. Müraciət mərhələsində bütün sənədlər sistemə tam yüklənməlidir.

Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün aşağıdakı ixtisaslar üzrə  təqaüd ayrılacağı nəzərdə tutulmuşdur.

bakalavr və magistratura təhsil proqramları üzrə

  • kənd təsərrüfatı, su idarəetməsi – 10 təqaüd;
  • təbiət elmləri, davamlı inkişaf – 20 təqaüd,
  • turizm – 10 təqaüd;
  • səhiyyə elmləri – 5 təqaüd;
  • beynəlxalq münasibətlər – 5 yer;
  • mühəndislik, informasiya texnologiyaları, texnologiyalar – 75 təqaüd;
  • iqtisadiyyat, biznes və idarəetmə elmləri – 50 təqaüd.
  • istənilən maraq dairəsi üzrə – 25 təqaüd.

doktorantura təhsili üzrə

  • istənilən ixtisas üzrə – 25 təqaüd

Macarıstan dövləti tərəfindən verilən təqaüdün məzmunu;

  • Təhsil haqqı
  • Sağlamlıq sığortası
  • Yerləşdirmə
  • Aylıq cib xərci

Mövcud qanunvericiliyə əsasən, aylıq təqaüd ümumi olaraq aşağıdakı kimi müəyyənləşdirilmişdir:

  • Bakalavriat və magistratura proqramları üçün: aylıq 43,700 Macarıstan forinti
  • Doktorantura proqramları üçün: təlim və tədqiqat dövründə aylıq 140.000, dissertasiya dövründə isə aylıq 180.000 Macarıstan forinti.

Proqrama müraciət etmək üçün şərtlər:

GPA 65 +

IELTS- 6- 6.5+

Əgər siz də bu göstəricilərə sahibsinizsə, Cleverest Academy rəhbərliyinə müraciət edin və Macarıstanda təqaüdlə təhsil alın.Bizi izləmədə qalın 

Leave a comment