a

Cleverest Academy

  /  Uncategorized   /  Rusiyada Tehsil
Rusiyada Tehsil

Rusiyada Tehsil

Rusiyada Tehsil son illərdə ən çox müraciət edilən seçimlərdən biridir. Rusiyada verilən təhsilin keyfiyyəti, həm digər ölkələrlə müqayisədə qiymətlərin münasibliyi, həm də təhsil aldığınız zaman dünyanın ticarət dəyəri yüksək ən vacib dillərindən biri olan rus dilini öyrənmək tələbələrin gələcək karyeralarında da böyük əhəmiyyət kəsb edir. Azərbaycanda da rus dilinə və Rusiyada təhsilə böyük önəm verildiyini nəzərə alaraq bu mövzuda kiçik bir məqalə hazırlamışıq.

RUSİYADA TEHSİL CALA BİLƏCƏYİNİZ İXTİSASLAR:

  • Tibb
  • Stamatologiya
  • Neft və qaz biznesi
  • Baytarlıq
  • Əczaçılıq
  • İnformasiya Texnologiyası
  • İqtisadiyyat
  • Menecment
  • Maliyyə
  • Turizm
  • İnsan Resurslarının İdarə Edilməsi
  • Beynəlxalq Əlaqələr
  • Hüquq
  • Mühasibat
  • Dizayn
  • Psixologiya    və.s

BƏS Rusiyada Tehsil aldığınız zaman HANSI UNİVERSİTETLƏRDƏ TƏHSİL ALA BİLƏRSİZ?

  • Moskva Dövlət Beynəlxalq Münasibətlər Universiteti
  • Moskva Dövlət Universiteti (Lomonosov Moskva Dövlət Universiteti)
  • Sankt-Peterburq Dövlət Universiteti
  • Seçenov adına Moskva Tibb Universiteti
  • Rusiya Xalqlar dostluğu Universiteti
  • Dağıstan Dövlət Texniki Universiteti
  • Sankt-Peterburq Politeknik Universiteti
  • Moskva Dövlət İdarəetmə İnstitutu
  • Kazan Federal Universiteti
  • Qafqaz Qərb Federal Universiteti
  • Rusiya Dövlət Sosial Universiteti
  • İ.P.Pavlov adına Sankt Peterburq Dövlət Tibb Universiteti

RUSİYADA TƏHSİL HAQQLARI NƏ QƏDƏRDİR?

Rusiya’da universitet təhsil haqları, bir neçə faktora əsasən dəyişə bilər. İxtisasın növü, təhsil səviyyəsi, universitetin statusu və rəqabət səviyyəsi, şəhərin məkanı və digər amillər təhsil haqlarını təyin edərkən rol oynayır.

DÖVLƏT UNİVERSİTETLƏRİ:

  • Rusiyada bakalavr proqramları üçün təhsil haqqı ildə 3300-4000 USD arasında dəyişə bilər;
  • Magistr proqramları üçün ildə 3900 – 5900 USD arasında dəyişə bilər;
  • Doktorantura proqramlarının qiyməti illik 4500-5900 USD arasında dəyişə bilər.

ÖZƏL UNİVERSİTETLƏR:

  • Rusiyada bakalavr proqramları üçün təhsil haqqı ildə 13000-16000 USD arasında dəyişə bilər;
  • Magistr proqramları üçün ildə 8000-16000 USD arasinda dəyişə bilər;
  • Doktorantura proqramlarının qiyməti illik 6900-8300 USD arasında dəyişə bilər.

BAKALAVR TƏHSİLİ:

Rusiyada bakalavr təhsili adətən 4 il davam edir. Rusiya universitetlərində təhsilin birinci semestri sentyabr-yanvar aylarını, ikinci semestri isə fevral-iyun aylarını əhatə edir. Bakalavr təhsilinin digər ixtisaslarında təhsil müddəti 4 il olduğu halda, bəzi xüsusi ixtisaslarda uzunmüddətli ola bilir. Məsələn, tibb sahəsində təhsil müddəti 6 il, əczaçılıq, stomatologiya və kliniki psixologiya ixtisaslarında isə təhsil müddəti 5 il davam edir. 

Əgər rus universitetlərində bakalavr təhsili almaq istəyən tələbə namizədlərin rus dili bilikləri təhsil üçün kifayət qədər deyilsə, ilk növbədə namizədlər universitetlərin təşkil etdiyi dil hazırlıq bölmələrində rusca təhsil almalı və dil biliklərini rus dilində təhsil ala və kommunikasiya əlaqələri qura biləcək səviyyədə inkişaf etdirməlidirlər. Rusiya universitetlərində dil hazırlıq proqramları əsasən sentyabr, oktyabr və ya noyabr aylarında başlayır. Rusiya universitetlərində təhsilin birinci semestri sentyabr-yanvar aylarını, ikinci semestri isə fevral-iyun aylarını əhatə edir.

MAGİSTRATURA TƏHSİLİ:

 Rusiya universitetlərində də magistr təhsilinin davam etmə müddəti 2 ildir. Həmçinin, bakalavr dərəcəsi olan bütün tələbələr heç bir imtahan vermədən Rusiya universitetlərindəki magistr proqramlarına müraciət edə bilirlər. Lakin bakalavr təhsilində olduğu kimi, namizədlərin rus dili bilikləri zəifdirsə universitetlərin təşkil etdikləri 1 illik dil hazırlıq proqramlarında iştirak etməlidirlər. 

HANSI SƏNƏDLƏR TƏLƏB OLUNUR?

 Bakalavr üçün:

  • Orta məktəb attestatı (məzun deyilsinizsə, məktəbdən arayış)
  • Orta məktəb transkripti
  • Fotoşəkil
  • Sağlamlıq haqqında arayış
  • CV
  • Varsa, beynəlxalq sertifikatlarınız
  • Rus dili sertifikatı (varsa)

Magistratura üçün:

  • Bakalavr diplomu (məzun deyilsinizsə, universitetdən arayış)
  • Transkript (GPA)
  • Fotoşəkil
  • Sağlamlıq haqqında arayış
  • CV
  • Varsa, beynəlxalq sertifikatlarınız
  • Rus dili sertifikatı (varsa)

Rusiyada Tehsil təqaüdləri

Rusiyada xarici tələbələrə müxtəlif səviyyələrdə təhsil təqaüdləri təklif olunur. Bunlara aşağıdakı təqaüdlər daxildir:

Rusiya Hökuməti Təqaüdləri: Rusiya hökuməti xarici tələbələrə universitetlərdə bakalavr, magistratura və doktorantura proqramlarında təhsil almaq üçün tam zamanlı təqaüdlər verir. Bu təqaüdlərə pulsuz təhsil, yaşayış, tibbi sığorta və aylıq müavinət kimi üstünlüklər daxildir.

Rusiya Elmlər Akademiyası Təqaüdləri: Rusiya Elmlər Akademiyası xarici tələbələrə tədqiqat proqramlarında təhsil almaq üçün təqaüd verir. Bu təqaüdlər tədqiqat mövzularında fərqlənə bilər və ümumiyyətlə aspirantlar üçündür.

Ali Təhsil Qurumları Təqaüdləri: Rusiyadakı bəzi ali təhsil müəssisələri xarici tələbələrə öz təqaüd proqramlarını təklif edirlər. Bu təqaüdlərə təhsil haqqının azaldılması, yaşayış yeri və digər üstünlüklər daxil ola bilər.

Şirkət Təqaüdləri: Bəzi Rusiya şirkətləri xarici tələbələrə təhsillərini davam etdirmək üçün təqaüd verirlər. Bu təqaüdlər adətən şirkətin müəyyən bir sahədə işləməsi üçün işləmək öhdəliyinə əsaslanır.

Rusiyada Təhsil ilə bağlı sosial media hesablarımızı izləyə bilərsiniz

Leave a comment