a

Cleverest Academy

  /  Uncategorized   /  STEFAN BANACH – POLSADA TEQAUD PROQRAMI
polsada teqaud proqrami

STEFAN BANACH – POLSADA TEQAUD PROQRAMI

Polsada teqaud proqrami ilə magistratura təhsili almaq istəyən tələbələr üçün bu məqalə maraqlı olacaqdır.

Polsada teqaud proqrami həm polyak, həm də beynəlxalq tələbələr üçün mövcuddur. Bu təqaüdlər hökumət, universitetlər, fondlar və müxtəlif təşkilatlar tərəfindən təklif oluna bilər.

Bu məqaləmiz Polşada təhsilini təqaüdlə almaq istəyən tələbələr üçündür.  Mövzumuz Stefan Banach təqaüd proqramıdır.

Polşada Stefan Banach təqaüdlü təhsilin təminatçısı NAWA (polyakca, Narodowa Agencja Wymiany Akademickiej) hesab olunur. Yəni, Akademik Mübadilə üzrə Milli Agentlik mənasını verir.

NAWA təqaüdünə aşağıdakı ölkələrin vətəndaşları müraciət edə bilər: Albaniya, Anqola, Argentina, Ermənistan, Azərbaycan. Belarusiya, Bosniya və Herseqovina, Braziliya, Kolumbiya, Efiopiya, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, İordaniya, Qazaxıstan, Keniya, Kosova, Livan, Meksika, Moldova, Monteneqro, Nigeriya, Şimali Makedoniya, Fələstin, Peru, Filippin, Seneqal, Serbiya, Cənubi Afrika, Tanzaniya, Tunis, Ukrayna, Özbəkistan və Vyetnam.

Proqram Xarici İşlər Nazirliyi və Polşanın Akademik Mübadilə üzrə Milli Agentliyinin Polşanın inkişafa yardımı şəklində birgə təşəbbüsüdür.

Təqaüdə kimlər müraciət edə bilər?

Stefan Banach təqaüdünə yalnız magistratura təhsili almaq istəyən tələbələr müraciət edə bilər. Təhsil ya ingilis ya da polyak dilində olur.Texniki həmçinin Humanitar yönümlü ixtisaslarda təhsil almaq istəyən tələbələr müraciət edə bilər .Bu təqaüdə müraciət etmək üçün universiteti bitirmə iliniz 2 ildən artıq olmamalıdır.Məsələn 2024-cü il üçün təqaüdə müraciət edirsinizsə siz ən gec 2022 məzunu olmalısınız əgər 2021 məzunusunuzsa müraciət edə bilməzsiniz .

 Təqaüd nəyi qarşılayır?

Təqaüdü qazandığınız zaman əgər dövlət universitetinə qəbul olmusunuzsa təhsil haqqından azad olursunuz,özəl  universitetlərdə isə bunu universitet dəqiqləşdirir.

Təqaüd təhsil müddəti boyunca  magistratura tələbələrinə 1,500 zlotı, polyak dilində hazırlıq oxuyanlara isə 1,700 zlotı aylıq təqaüd verilir.

Tələb olunan sənədlər:

  • Xarici Pasport
  • Diplom
  • Diplom əlavəsi
  • Beynəlxalq Dil sertifikatı
  • Referans məktubu

Bu təqaüdü qazanmaq üçün əsas  yüksək ortalamanızın və güclü referans məktubunuzun olması önəmlidir.

Bəs təqaüdə nə zaman müraciət olunur?

Təqaüdə müraciət adətən martın əvvəlində açılır və sonunda bağlanır. 2023-cü il üçün Stefan Banach təqaüdü ilə Polsada teqaud proqrami ilə tehsil almaq istəyən tələbələr 2 fevral-31 mart 2023-cü il tarixləri arasında müraciət etməlidirlər. Bu tarixlər hər il dəyişə bilər bunu da nəzərə almalısınız.

Təqaüdün rəsmi saytıhttps://programs.nawa.gov.pl/login

Daha ətraflı Polşada təhsil və digər xaricdə təhsillə bağlı məqalələrimizə  keçid edə bilərsiniz.

Leave a comment