a

Cleverest Academy

  /  Uncategorized   /  Polsa tehsil vizasi -en son
Polsa tehsil vizasi -en son

Polsa tehsil vizasi -en son

 Polsa tehsil vizasi -en son

Bildiyiniz kimi bu il üçün Polşa səfirliyində tələbələr üçün Polsa tehsil vizasi -en son viza müraciətlərinin qaydasi dəyişildi və bəzi yeniliklər əlavə edildi.

Bugünkü məqaləmizdə sizinlə bu yeniliklərdən danışacağıq.

1.Viza rüsumu 135 euro təşkil edir.

2. Bakalavr üçün müraciət edən tələbələrdə attestat Polşa tərəfindən tanınmalı və təsdiq olunmalıdır.

3.Diplomları artıq Səfirlik daha tez istəyir buna görə universiteti bitirən kimi diplomlarınızın tez verilməsi üçün universitetə müraciət edin.

4. Artıq gün götürmək püşkatma ilə olur.Siz sistemde qeydiyyat edirsiniz pasportunuzla və hər həftənin 1-ci günü sizə görüş gününün təyin edilib edilməməsi ilə bağlı mail gəlir.

Bu proseslərdən keçdikdən sonra artıq sizə Səfirlikdə gün təyin edilir və sənədlərinizi toplamağa başlayırsınız.

Polşa vizası üçün lazım olan senedleri sizə təqdi edirik.

  1. Doldurulmuş Ərizə Səfirliyin www.e-konsulat.gov.pl saytında onlayn rejimdə doldurulur.

Ərizə çap edilir və son səhifədə göstərilən tarix və saatda ərizəçi şəxsən ərizə blankını və digər tələb olunan sənədləri təqdim edir.

  • Bir ədəd rəngli şəkil, 3,5/4,5 sm, yəni biometrik,aydın,təmiz və konstratlı.
  • Xarici Pasport və xarici pasportda şəkil olan vərəqin kserosurəti. Pasport imzalı olmalı və vizanın qurtaracağı müddətdən sonra ən azı 3 ay ərzində etibarlı olmalıdır. Pasportun etibarlılıq müddəti 10 ildən çox olmamalıdır. Xarici pasportda viza üçün ən azı 2 boş səhifə olmalıdır. Əvvəlki şengen vizaları olan səhivələrin surətini əlavə etmək lazımdır
  • Şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsinin surəti
  •  Səfərlə bağlı xərclərin ödənilməsinə tələb olunan maliyyə vəsaitinin mövcudluğunu təsdiq edən sənəd, məs..; son 3 ay ərzində bank hesabından çıxarış, imzalanmış yol çekləri, kredit kartları( kartda vəsaitin mövcudluğu barədə bankdan arayış)
  • Sığorta ən azı 30 000 Avroluq, Avropa Birliyinin bütün üzv ölkələlərində etibarlı olmalıdır.
  • Tələbələr üçün: təhsil müəssisəsindən arayış (ingilis dilinə tərcümə edilməlidir)
  • Viza anketinin baxılmasına dövlət rüsumu ( Azərbaycan vətəndaşlarına milli viza üçün (D) üçün rüsum 135 avro, ( Viza verilmədiyi halda rüsum geri qaytarılmır. Ödəniş ancaq Konsulluq Şöbəsinin kassasında nağd şəkildə Avro ilə qəbul olunur.)
  • Avia Biletin bronu (Baku-Warsawa)
  • Tələbələr üçün: Ali məktəbə qəbul olunma haqqında sənədin əsli və yaxud universitetə qəbul olunması haqqında arayış ( növ, təhsilin müddəti və xərcləri ödəyən şəxs haqqında məlumat əlavə olunmalıdır.)
  • Universitet tərəfindən verilmiş Pr. İnvoice təhsil haqqının ödənilməsini təsdiq edən sənədlər (Məsələn Kapital bankın Ödəniş tapşırığı və SWIFT)

Universitet tərəfindən yaşayış yerinin olmasını təsdiq edən sənəd (yataqxana)

    Viza ərizələrinə baxılma müddəti: vizanın verilməsi qərarı ərizənin və əlavə edilmiş sənədlərin təqdim edildiyi andan 7 iş günü ərzində qəbul olunur.

    Əvvəlki məqalə https://cleverest.az/polsada-tehsil/

    Leave a comment