a

Cleverest Academy

  /  Uncategorized   /  Polsa tehsil vizası
Polsa tehsil vizası

Polsa tehsil vizası

Polsa tehsil vizası- Bu günkü mövzumuz Polşaya müraciət edən bütün tələbələri maraqlandıran həmçinin onların ən çox narahat olduğu mərhələ Polşaya viza müraciəti haqqında danışacağıq.

Polşa universitetlərindən qəbul aldıqdan sonra sizin Polşaya getməyiniz üçün sadəcə 1 mərhələ qalır oda Polsa tehsil vizası mərhələsidir.

Polşa Səfirliyinin rəsmi səhifəsi www.e-konsulat.gov.pl.

Polşa səfirliyi harada yerləşir?

Polşa Səfirliyi İçərişəhər kiçik qala küçəsi 2 ünvanında yerləşir.

Vizaya müraciət etdiyim zaman hansı sənədləri hazır etməliyəm?

Azərbaycan vətəndaşlarına milli viza (D) vizasının alınması üçün zəruri sənədlərin siyahısı:

  1. Doldurulmuş ərizə.Ərizə Səfirliyin  www.e-konsulat.gov.pl. Saytında onlayn rejimdə doldurulur.Ərizə çap edilir və son səhifədə göstərilən tarix və saatda ərizəçi şəxsən ərizə blankını və digər təlb olunan sənədləri təqdim edir.
  2. Bir ədəd rəngli şəkil,3,5 x 4,5 sm, yeni biometrik,aydın, təmiz  və kontraslı,
  3. Xarici pasport və xarici pasportda şəkil olan vərəqin kserosurəti. Pasport imzalı olmalı və vizanın qurtaracağı müddətdənsonra ən azı 3 ay ərzində etibarlı olmalıdır.Pasportun  etibarlılıq müddəti 10 ildən çox olmamalıdır. Xarici pasportda viza üçün ən azı2 boş səhifə olmalıdır. Əvvəlki şengen vizaları olan səhifərlərin surətini əlavə etmək lazımdır.
  4. Şəxsiyyət vəsiqəsi və şəxsiyyətin surəti
  5. Səfərlə bağlı xərclərin ödənməsinə tələb olunan maliyyə vəsitinin mövcudluğunu təstiq edən sənəd məs.: son 3 ay ərzində bank hesabından çıxarış,imzalanmış yol çekləri, kredit kartları (kartda vəsaitin mövcudluğu haqqında banka arayış),
  6. Sığorta ən azı 30 000 Avroluq, Avropa Birliyi bütün üzv ölkələridə etibarlı olmalı. Sığorta polisinin etibarlılıq müddəti əlavə 15 gün əhatə etməlidir
  7. Tələbələr üçün: təhsil müəssisəsindən arayış (ingilis dilində tərcümə edilməlidir)
  8. Viza anketinin baxılmasına dövlət rüsumu ( Azərbaycan vətədaşlarına milli viza (D)  üçün rüsum 80 avro, (Viza verlimədiyi halda rüsum geri qaytarılmır. Ödəniş ancaq Konsulluq Şöbəsinin kassasında nəğd şəkildə Avro ilə qəbul olunur).
  9. Avia Biletin bronu ( Baku-Varşava)
  10. Tələbələr üçün: Ali məktəbə qəbul olunma haqqında sənədin əsli və yaxud  universitetə qəbul olunması haqqında arayış (növ, təhsilin müddəti və xərcləri ödəyən şəxs haqqında məlumat əlavə olunmalıdır)
  11. Universitet tərəfindən verilmiş Pr.İnvoice təhsil haqının ödənməsini təstiq edən sənədlər ( Hər hansı bankda)
  12. Universitet tərəfindən yaşayış yerinin olmasını edən sənəd (yataqxana)

Viza sənədlərinin baxılma müddəti: vizanın verilməsi qərarı ərizənin və əlavə edilmiş sənədlərin təqdim edildiyi andan 14 iş günü ərzində qəbul olunur.

Bundan əlavə, yetkinlik yaşına çatmayan şəxslərin viza müraciət ərizəsinə aşağıdakı sənədləri əlavə edin:

  1. Viza ərizəsini təqdim etmək üçün valideynin/valideynlərin yazılı, notarial qaydada təsdiq edilmiş razılığı. Yalnız, bir qəyyum varsa, doğum haqqında şəhadətnamə, digər valideynin müstəsna valideyn səlahiyyətini verən məhkəmə qərarı və ya digər valideynin ölüm haqqında şəhadətnaməsini təqdim edin.
  2. Valideynlərin pasportları – əsli və surəti.
  3. Doğum haqqında şəhadətnamə – əsli və surəti.

Əgər sizdə düzgün şəkildə viza mərhələsinə hazırlaşmaq istəyirsinizsə bizə müraciət edə bilərsiniz.

Leave a comment