a

Cleverest Academy

  /  Uncategorized   /  Qiyabi Təhsil ( Avropada)
Qiyabi Təhsil

Qiyabi Təhsil ( Avropada)

Qiyabi Təhsil Avropada geniş yayılmış təhsil formasıdır.Avropada qiyabi təhsilin bir neçə üstünlüyü vardır. Bu təhsil forması ilə siz xaricdə yaşam, nəqliyyat, yataqxana və.s kimi xərclərdən azad olursuz. Həmçinin Avropada təhsilin qiyabi forması işləyənlər və işlərində yüksəlmək istəyən namizədlər üçündə mükəmməl seçimlərdən biridir.

AVROPADA QİYABİ TƏHSİL FORMASININ ÜSTÜNLÜKLƏRİ  NƏLƏRDİR?

Avropada qiyabi təhsilin üstünlükləri hər bir namizədin ehtiyaclarına,  hədəflərinə, yaşam tərzinə və.s görə dəyişə bilər.

Ümumi olaraq nəzər yetirsək Qiyabi Təhsilin aşağıdakı üstünlükləri vardır.

  • Məsafə və vaxt məhdudiyyətinin olmaması
  • Xərclərin daha az olması
  • İş təcrübəsi qazanmaq
  • Şəxsi inkşafın olması
  • İş və təhsil balansı və.s

Qiyabi Təhsil üçün HANSI AVROPA ÖLKƏLƏRİNƏ MÜRACİƏT EDƏ BİLƏRSİZ?

Qiyabi təhsil üçün Avropanın bir çox ölkəsinə müraciət edə bilersiz.Bunlar:

  • Almanya
  • İngiltərə
  • İsveç
  • Norveç
  • Fransa
  • İspanya
  • İtalya
  • İrlanda

BƏS MÜRACİƏT ÜÇÜN TƏLƏBLƏR NƏLƏRDİR?

Hər bir ölkə və universitetlər üçün tələblər müxtəlif ola bilər. Buna görə də , əvvəlcədən  müraciət edəcəyiniz universitetin veb saytına daxil olub hansı sənədləri tələb etdiyini və müraciət şərtlərinin necə olduğunu araşdırmağınız lazımdır.Lakin ümumi tələblər aşağıdakılardır:

  • Diplom,diplom əlavəsi,akademik transkript
  • Sınaqlar (bir çox ölkədə universitetə giriş zamanı standartlaşdırılmış sınaqlardan istidafədə olunur.SAT buna misal ola bilər)
  • Dil sertifikatları(İELTS,TOEFL və.s)
  • Motivasiya məktubu
  • Referans məktubu
  • İş təcrübəsi ( üstünlükdür)
  • Ərizə sənədləri

Avropada HANSI İXTİSASLARA MÜRACİƏT EDƏ BİLƏRSİZ?

  • Biznesin idarə edilməsi
  • Maliyyə
  • Marketinq
  • İnsan Resusları
  • Kompüter elmləri
  • Mühəndislik (kimya,mexaniki,elektrik və.s )
  • Psixologiya
  • Hüquq
  • Dizayn və İncəsənət

HANSI UNİVERSİTETLƏRDƏ TƏHSİL ALA BİLƏRSİZ?

  • ETH ZURİCH -İsveçrə Federal Texnologiya Universiteti
  • SORBONNE UNİVERSİTETİ-Fransa
  • HUMBOLTD UNİVERSİTETİ-Almaniya (Berlin)
  • QLAZQO UNİVERSİTETİ-İngiltərə
  • ECOLE POLYTECHNİQUE-Fransa
  • MÜNHEN TEXNİKİ UNİVERSİTETİ-Almaniya (Münhen)
  • NORVEÇ ELM VƏ TEXNOLOGİYA UNİVERSİTETİ-Norveç
  • STOCHOLM UNİVERSİTETİ-İsveç
  • MANÇESTER UNİVERSİTETİ-İngiltərə

BƏS TƏHSİL HAQQLARI NƏ QƏDƏRDİR?

Təhsil haqları ölkədən və universitetdən asılı olaraq müxtəlif ola bilər.Təhsil haqlarına namizədin seçdiyi universitetin statusu və təhsil səviyyəsi təsir edə bilər.Təhsil haqqları barədə əlavə məlumatı müraciət edəcəyiniz universiteti veb saytına daxil olaraq araşdıra bilərsiz.

Saytımıza nəzər yetirsəniz digər ölkələrdə qiyabi təhsil haqqında da məlumatlar qeyd edilmişdir.Məlumatlar ilə buradan tanış ola bilərsiniz.

Leave a comment