Diplomlar Azərbaycanda tanınır?
Avropanın bütün universitet diplomları Azərbaycanda tanınır.
Avropada illik təhsil haqqı nə qədərdir?
Avropada illik təhsil haqqı 1500-4000 avro arası dəyişir.
Avropada magistr və bakalavr qəbul üçün hansı sənədlər lazımdır?
Bakalavr pilləsi üçün tələb olunan sənədlər:
— Attestat və ya arayış
— Transkript
— Fotoşəkil
— Xarici pasport
-Beynəlxalq dil sertifikatı (IELTS, TOEFL, SAT, Duolingo və s.)
— Motivasiya məktubu
— Tövsiyyə məktubu
Magistratura pilləsi üçün tələb olunan sənədlər:
— Diplom və arayış
— Transkript
— Xarici pasport
— Fotoşəkil
— Beynəlxalq dil sertifikatı (IELTS, TOEFL, GRE, GMAT, Duolingo və s.)
— CV
— Motivasiya məktubu
— Referans məktubu
Viza müraciəti üçün hansı sənədlər lazımdır?
— Şəxsiyyət vəsiqəsinin sürəti
— Xarici pasport
— Pasportunuzun fotokopiyası və varsa, köhnə (Şengen) vizalarının fotokopiyası
— Viza müraciəti forması
— 2 Biometrik fotoşəkillər (Yeni çəkilmiş)
— Tələbənin qəbul və dəvət sənədi
— Təyyarə bileti
— Otel vəya yataqxana rezarvasyonu
— Şəxsin xərclərini əhatə edən maliyyə və sponsor sənədləri
— Bank hesabı ( ortalama 3000 euro)
— Sağlamlıq Sığortası
Avropa təqaüdlü təhsil necə ala bilərəm?
Bunun üçün bir çox dövlət programları var. Bunlara Almaniyada DAAD təqaüdü, Fransada Eyfel Təqaüdləri, İtaliyada İtaliyan Hökumət təqaüdləri, Stefan Banach təqaüdü, Visegrad təqaüdü və s. daxildir
Heç bir imtahana girmədən Avropada təhsil ala bilərəm?
Bəli, bu mümkündür. Bir çox özəl universitetlərdə imtahan vermədən təhsil almaq mümkündür. Polşa, Çexiya, Baltik ölkələrində yalnız attestatla, imtahansız universitetə qəbul almaq olar.
Avropada yaşam xərcləri nə qədərdir?
Yaşam xərcləri ölkələrə görə dəyişkənlik təşkil edir. Qərbi Avropa ölkələrində mərkəzi və Şərqi Avropa ölkələrinə nisbətən daha yüksəkdir. Təqribi aylıq 300 – 800 euro arası dəyişir.
Avropada dil sertifikatı olmadan təhsil ala bilərəm?
Bəli, dil sertifikatı tələb etməyən universitetlərdə həm bakalavr həm də magistratura təhsili ala bilərsiz. Lakin dil sertifikatı olduqda siz, bəzi universitetlərdə endirimli təhsil ala bilərsiz.
Avropada ödənişsiz təhsil ala bilərəm?
Avropanın bəzi dövlət universitetlərində təhsil haqqı yoxdur və ya təqaüdlə siz təhsil haqqından tam və ya qismən azad ola bilərsiz.