a

Cleverest Academy

  /  Uncategorized   /  Niderlandda tehsil

Niderlandda tehsil

Niderlandda tehsil ( Bu məqalədə sizə bakalavr və magistratura təhsili haqqında məlumat verəcəyik) Niderland xarici tələbələrin təhsil üçün ən çox müraciət etdiyi ölkələrdən biridir.Bunun əsas səbəblərindən biri ölkədə ana dilinin ingilis dili olması və ingilis dilində çox geniş beynəlxalq proqramlar təklif etməsidir.Həmçinin Niderlandda əhalinin dörddə üçündən çoxu ingilis dilində danışa bilir. Əcnəbi olduğunuz zaman bu sizin üçün çox böyük üstünlükdür.Bundan əlavə ölkə sizə fərqli dünyagörüşü və multikultural muhit təklif edir.

NİDERLANDDA TƏHSİLİN ÜSTÜNLÜKLƏRİ:

  • Yüksək keyfiyyətli təhsil: Niderland yüksək keyfiyyətli təhsili ilə bütün düyada tanınır.Niderland universitetləri qlobal universitetlər sırasında ardıcıl olaraq ilk yerləri tutur.
  • İngilis dilində Tədris Proqramları: Niderland universsitetlərində əsas təhsil dili ingilis dili hesab olunur və bu dildə çox geniş beynəlxalq proqramlar təklif edir.Buda onu xarici tələbələr üçün əlverişli istiqamətə çevirir.
  • Beynəlxalq mühit: Niderlandda tehsil alarkən siz qonaqpərvər və inkluziv cəmiyyətə malik insanlar ilə rastlaşacaqsınız.Niderland universitetlərində müxtəlif ölkələrdən tələbələr birlikdə təhsil alırlar.Buda onlara qlobal əlaqələr qurma, müxtəlif mədəniyyətlər tanıma, şəbəkələşmə şansı verir.
  • İş imkanları: Niderlandda tehsil aldığınız müddətdə yarı zamanlı işlə imkanı da əldə edirsiz.Buda sizə xərcləriniz bir qismini ödəməyə şərait yaradır.
  • Təqaüd imkanları: Niderland beynəlxalq tələbələr üçün müxtəlif təqaüd proqlamları təklif edir.Bu proqramlar tələbənin yaşam xərclərini,nəqliyyat və.s xərcləri qarşılayır.

Niderlandda tehsil( bakalavr)

Niderlandda bakalvr təhsili 2 versiyada mövcuddur: üçillik və dörd illik proqramlar.  Əgər tələbə Azərbaycanda attestat proqramını bitiribsə və sadəcə ingilis dili bilikləri varsa, dörd illik proqramlara müraciət etməsi daha məqsədəuyğundur. Çünki Hollandiyanın dörd illik bakalavr sistemi Azərbaycanın dörd illik universitet proqramlarına çox uyğundur.Üç illik proqramlar daha çox tədqiqat yönümlüdür.

HANSI İXTİSASLARA MÜRACİƏT EDƏ BİLƏRSİZ?

  • Texniki və mühəndislik proqramları
  • Biznesin idarə edilməsi
  • İqtisadiyyat
  • Psixologiya
  • Maşınqayırma
  • Kompüter elmleri
  • Beynəlxalq münasibətlər
  • Tibb
  • Tarix
  • Hüquq

HANSI UNİVERSİTETLƏRDƏ TƏHSİL ALA BİLƏRSİZ?

  • Delft Texnologiya Universiteti
  • Amsterdam Universiteti
  • Leiden Universiteti
  • Utrext Universiteti
  • Rotterdam İdarəetmə Məktəbi, Erasmus Universiteti
  • Eindhoven Texnologiya Universiteti
  • Wageningen Universiteti Və Tədqiqat
  • VU Universiteti Amsterdam

Niderlandda tehsil ( magistratura)

Hollandiyada magistr proqramları çox genişdir. Universitetlərdə rəqabət güclüdür və dövlət tərəfindən hər hansı maliyyə dəstəyi yoxdur. Bəzi universitetlərin daxili təqaüdləri və ya endirimləri olur və yüksək GPA, beynəxalq sertifikatlarınız olduğu halda təqaüd qazanma şansınız da çoxalır. Hollandiyada magistr proqramları bir və ya iki illik təhsil imkanları təqdim edir.

HANSI İXTİSASLARA MÜRACİƏT EDƏ BİLƏRSİZ?

  • Biznesin idarə edilməsi
  • Kompüter elmleri
  • Psixologiya
  • Marketing
  • Beynəlxalq münasibətlər
  • Sənaye mühəndisliyi
  • Sosiologiya
  • İqtisadiyyat

HANSI UNİVERSİTETLƏRDƏ TƏHSİL ALA BİLƏRSİZ?

  • Delft Texnologiya Universiteti
  • Amsterdam Universiteti
  • Leiden Universiteti
  • Utrext Universiteti
  • Rotterdam İdarəetmə Məktəbi, Erasmus Universiteti
  • Eindhoven Texnologiya Universiteti
  • Wageningen Universiteti Və Tədqiqat
  • VU Universiteti Amsterdam
  • Radboud Universiteti
  •  Maastricht Universiteti
  • Tilburg Universiteti
  • Groningen Universiteti
  •  Twente Universiteti

TƏLƏBLƏR NƏLƏRDİR?

Hər bir universitetdən asılı olaraq qəbul tələbləri dəyişə bilir. Ümumi olaraq aşağıdakı tələblər vardır:

  • Akademik transkript
  • Dil sertifikatı ( İELTS (min 6.0),TOFEL (min 90))
  • Motivasiya məktubu
  • Referans məktubu
  • GPA
  • Atestat
  • Paportun surəti
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • CV və.s

TƏHSİL HAQQLARI NƏ QƏDƏRDİR:

Təhsil haqqları universitetlərdən asılı olaraq dəyişə bilir.Lakin ümumi olaraq bakalavr pilləsi üçün təhsil haqqları 6,000 avro ilə 20,000 avro arasında dəyişir. Magistr pilləsi üçün isə bu 8,000 avro ilə 25,000 avro arasında dəyişə bilir.Ümumi yaşam xərcləri isə 800 avro ilə 1,200 avro arasında dəyişir.Həmçinin işləmək üçün həftədə 20 saat iş icazəsi var. Siz işləyərək xərclərinizin bir qismini qarşılaya bilərsiniz.

TƏQAÜD PROQRAMLARI:

Magistr və bakalavr təhsili üzrə müxtəlif təqaüd proqramları vardır. Bu proqramlar universitet, yaşayış, tibbi sığorta və təhsil xərclərini qarşılayır.

Hollandiya Təqaüdü: Bu təqaüd Hollandiyanın Təhsil, Mədəniyyət və Elm Nazirliyi tərəfindən maliyyələşdirilir. Bu, Hollandiyada bakalavr və ya magistr təhsili almaq istəyən Avropa İqtisadi Bölgəsi (EEA) xaricində olan beynəlxalq tələbələr üçün mövcuddur. Təqaüd birdəfəlik € 5,000 qrant verir ki, bu da təhsil haqlarını və yaşayış xərclərini ödəməyə kömək edir.

Erasmus+ Təqaüdü: Erasmus+ proqramı tələbələrə xaricdə təhsil almaq üçün təqaüd təklif edən Avropa İttifaqının təşəbbüsüdür.  Təqaüdün məbləği təhsilin təyinat yerindən və müddətindən asılı olaraq dəyişir.

Fulbrayt Təqaüdü: Fulbrayt proqramı müxtəlif ölkələrdən olan görkəmli tələbələr, alimlər və mütəxəssislər üçün ABŞ-da təhsil almaq, tədris etmək və ya tədqiqat aparmaq üçün təqaüdlər təklif edir. Proqram həmçinin Hollandiyadakı Fulbrayt Komissiyası vasitəsilə amerikalı tələbələrə Hollandiyada təhsil almaq imkanı verir.

Cleverest Academy- Xaricdə Təhsil Bələdçiniz !

Leave a comment