a

Cleverest Academy

  /  Xaricdə Təhsil   /  Müasir dövrdə ən yaxşı inkişaf etmiş ixtisaslar
ən yaxşı ixtisaslar

Müasir dövrdə ən yaxşı inkişaf etmiş ixtisaslar

Bu dəfə sizlərlə son dövrlərdə tələbələrin həmçinin valideynlərin universitet və ixtisas seçərkən qarşılaşdığı problemlərdən danışacağıq.

Məlumdur ki tələbələr ixtisas seçərkən valideynlər tərəfdən basqı olunur hansıki bu ixtisası oxusan gələcəkdə nə işləyəcəksən və s kimi

Ancaq onu bildirməliyik ki ixtisas seçərkən düşünməli sizə yaxın olan sahəni seçməlisiniz ki gələcəkdə ixtisasınızı  sevə və ixtisasınız üzrə işlədiyiniz zamanda yorulmayasınız .

Sizlər üçün müasir dövrdə ən çox tələb olunan və geniş iş imkanları olan ixtisasları sıralayıb təqdim edirik .

1.İnformasiya Texnologiyaları

2.Komputer Elmləri

3.Dizayn

4.İqtisadiyyat

5.Biznesin idarə edilməsi

6.Marketinq

7. Beynəlxalq ticarət və Loqistika

8.Turizm

İnformasiya Texnologiyaları: Hal hazırda geniş iş imkanları olan bir ixtisasdır şirkətlərdə, reklam agentliklərində çalışa bilərsiniz. Həmçinin bu ixtisas üzrə frilans iş imkanı da genişdir.

Komputer Elmleri: Hal hazırda günümüz texnologiya dövrüdür və bu ixtisas da birbaşa olaraq komputer ilə bağlıdır.Bu ixtisas üzrə bank və təhsil qurumlarında böyük texnoloji şirkətlərdə çalışa bilərsiniz. Komputer elmləri ixtisasını bitirən tələbələr ilk 6 ay ərzində iş tapa bilirlər .

Dizayn: Günümüzdə ən çox frilans iş imkanlarının olduğu ixtisasdır. Dizayn ixtisasının bir neçə qolu var. Məsələn interyer dizayn, moda dizayn və s Seçəcəyiniz sahəsindən asılı olaraq iş tapmaq imkanınız yüksəkdir.

Ümid edirik sizin üçün faydalı oldu

İqtisadiyyat: İqtisadiyyat ixtisası iqtisadiyyatın bütün sahələrini əhatə edən mütəxəssis yetişdirir.Bu ixtisas üzrə siz İqtisadiyyat Nazirliyində ,Maliyyə Nazirliyində böyük şirkətlərin iqtisadi araşdırmalar şöbəsində çalışa bilərsiniz.

Biznesin İdarə Edilməsi: İxtisasın əhatə dairəsi çox genişdir. Bu ixtisas üzrə şirkətlərdə məhsul yaradılması onun təqdim edilməsi kimi həmçinin bank və özəl şirkətlərdə çalışa bilərsiniz

Marketinq: Müasir dövrdə ən çox tələb olunan sahədir.Marketinq ixtisasının da qolları müxtəlifdir. Digital Marketinq,Sosial media marketinqi, və s Bu sahə üzrə siz reklam agentliklərində həmçinin şirkətlərdə kreativ şöbələrdə Kopirayter, reklam meneceri, sosial media meneceri, content menecer və kimi fəaliyyət göstərə bilərsiniz.

Beynəlxalq ticarət və logistika: Bu ixtisası mənimsədikdən sonra sizin xarici şirkətlər ilə işləmə olarla əlaqə qurma imkanlarınız daha çox artacaq. Bu ixtisas üzrə loqistika şirkətləri, səfirliklərdə işləyə bilərsiniz.

Turizm: Turizm ixtisasına gün keçdikcə daha çox tələb artır. Bu ixtisas üzrə siz otellərdə, tur şirkətlərində, Azərbaycan Respublikası Turizm Agentliyində, beynəlxalq turizm şirkətlərində çalışa bilərsiniz. Bu ixtisas üzrə dil biliyiniz olması isə sizin üçün üstünlükdür.

Leave a comment