a

Cleverest Academy

  /  Uncategorized   /  Motivasiya mektubu nece yazılır
Motivasiya mektubu nece yazılır

Motivasiya mektubu nece yazılır

Motivasiya mektubu nece yazılır ?

Xaricdə təhsil almağa hazırlaşan tələbələrin ən çox diqqət etməli olduqları nüanslardan biri də sırf motivasiya və referans məktublarının yazılmasıdır.Onların bizə daha çox ünvanladığı suallardan isə biri odur ki, motivasiya mektubu nece yazılır?

Motivasiya məktubu nədir?

Motivasiya məktubu xarici universitetlər və ya hansısa təqaüd proqramlarına, tələbə mübadilə proqramlarına müraciət zamanı yazılır.Adından göründüyü kimi tələbə olmaq istəyən hər kəsin motivasiyasını, yəni səbəblərini, arzularını ifadə edir. Tələbə motivasiya məktubunu yazarkən özünü universitetə təqdim edir və müraciət etdiyi ixtisasa qəbul olunması üçün səbəbləri izah edir. Bu baxımdan, uğurlu motivasiya məktubunda tələbə, “nəyə görə sizi seçməli?”, “nəyə görə bizim universitet?”, “nəyə görə bu ixtisas?” və “təhsildən gözləntiləriniz nədir?” kimi suallara aydın cavab verə bilməlidir.

Onuda qeyd edək ki, Motivasiya məktubunuzun daha güclü olmasını istəyirsinizsə əvvəlcədən ixtisasınızla bağlı özünüzü inkişaf etdirməlisiniz.Məsələn müəyyən beynəlxalq seminarlarda layihələrdə iştirak etməyiniz sizin üçün daha faydalı olacaqdır.

Referans və ya Motivasiya məktubu zamanı nəyə diqqət etməliyik

1 Plagiat istifadə etməyin ( bacardığınız qədər özünüzü ifadə edin və motivasiya məktubunu özünüz yazın

2 İlk öncə yazmağa başlamadan öncə hansı proqrama müraciət edəcəksinisə o proqramın sizdən nələr isdədiyinə diqqət edin.Məsələn DAAD proqramı sizdən nələrə diqqət etməli olduğunuzu aydın şəkildə qeyd edir.

3. Bəzi tələbələr bu sənədlərdə öz dil bilikləri b2 olsa belə daha yüksək qeyd edirlər ancaq bu sonradan müsahibə zamanı sizə problem yarada bilər

4. Motivasiya məktubunu bəzən tələbələr başqalarına yazdırır və daha sonra isə həmin sənədin məzmunu ilə tanış olmur bu da sizə müsahibə zamanı problem yarada bilər. Çünki müsahibə götürən şəxs sizə motivasiya məktubunuzdan suallar verə bilər

5. Çalışın motivasiya mıktubunuz 1 səhifə olsun çox uzun nə də ki çox qısa yazmağa ehtiyac yoxdur.

əvvəlki məqalə

Leave a comment