a

Cleverest Academy

  /  Xaricdə Təhsil   /  MBA(Biznesin İdarə Olunması) Təhsilinin Mahiyyəti Nədir?
mba təhsili

MBA(Biznesin İdarə Olunması) Təhsilinin Mahiyyəti Nədir?

Müasir dövrün ən çox üstünlük verilən ixtisas qruplarından biri MBA təhsil proqramıdır. Bu anlayış “Master of Business Administration” ifadəsinin abreviaturasıdır. Məşhur anlayış Azərbaycan dilinə “Biznesin İdarə Olunması” kimi tərcümə olunur. “Master of Business Administration” ifadəsi ilk dəfə ABŞ-da təxminən 20-ci əsrin əvvəllərində yaranmışdır. Bu proqramın əsas məqsədi biznes sahəsində idarəçilərin yetişməsindən ibarətdir.

Gündən günə haqqında daha çox eşitdiyimiz MBA təhsil proqramı karyera sahəsində ön plana çıxmaq istəyən, idarəçilik sektoruna keçməyi düşünən şəxslər üçün magistr təhsilidir. Azərbaycanda MBA üzrə təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir. Xarici ölkələrdə isə MBA təhsilinin təqaüdlü forması mövcuddur. Həm bu səbəbdən, həm də daha geniş və prestijli ixtisas seçimləri təqdim etdiyinə  görə məhz MBA təhsili üçün daha çox xarici ölkələrə üstünlük verilir. Bu proqram üzrə xarici ölkələrə sənəd göndərmək istəyən tələbələr bəzi qəbul şərtlərinə cavab verməlidir.

Şərtlər bunlardır:

  • Bakalavr təhsili
  • Müəyyən ingilis dili səviyyəsi (IELTS, TOEFL)
  • Bakalavr ortalaması (65+) və s.

Ümumiyyətlə, bakalavr ortalaması magistr təhsili üçün, xüsusilə də, MBA proqramı üçün olduqca vacibdir. Bakalavr ortalamasının 65+ olması xarici ölkələrə sənəd göndərmək şansınızın olması deməkdir. Bu ortalama ilə ödənişli şəkildə təhsil alma ehtimalınız daha yüksəkdir. MBA proqramına daxil olan ixtisaslar arasından təqaüdlü formada seçim edə bilmək üçün isə bakalavr ortalamanız minimal olaraq 75 bal olmalıdır.

MBA təhsil proqramı üçün ən çox müraciət olunan və ən yaxşı təhsil vəd edən ölkələrə Amerika, Birləşmiş Krallıq, Kanada, Avstraliya, Almaniya və s. ölkələr daxildir.

Bəs MBA təhsili tələbələrə nə verir?

  • Yüksək idarəetmə bacarıqları
  • Biznes sahəsində şəbəkələşmə
  • Uğurlu karyera yolunda yeni fürsətlər
  • Daxil olduğunuz sektorda yüksək maaşla fəaliyyət göstərmək şansı və s.

Yeni təhsil pillənizdə Cleverest Academy sizə dəstək olmağa hazırdır.

Leave a comment