![Latviya Dovlet Teqaudu](https://cleverest.az/wp-content/uploads/2024/02/Lithuanian-State-Scholarships.jpg)
Latviya Dovlet teqaudu
Latviya Dovlet teqaudu
Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış Sazişə uyğun olaraq, Latviya hökuməti Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir. Latviya Baltikyanı ölkələr içərisində ikinci ən böyük ölkə hesab olunmuşdur.Ən məşhur universitetlərinə nəzər yetirsək Riqa Texniki Universiteti, Latviya Universiteti, Riga Stardins University, Latvia Universty of Life Sciences and Techologies adlarını çəkə bilərik
Təhsil səviyyəsi: bakalavriat, magistratura, doktorantura
Tədris dili: ingilis və latın
Maliyyə şərtləri: bakalavriat və magistratura təhsil səviyyələri üzrə aylıq 500 avro, doktorantura təhsil səviyyəsi üzrə aylıq 700 avro təqaüd təmin olunur. Səyahət və sığorta xərcləri, təhsil haqqı namizədlərin özləri tərəfindən qarşılanır. Latviya universitetlərində təhsil haqqı təxminən 1600 — 4000 avro təşkil edir (tibb və icra işi ixtisas istiqamətləri üçün 15.000 avroya qədər).
Bakalavr üçün təqaüd proqramına müraciət edən tələbələr məktəbi bitirdikdən sonra əlavə 11 illik təhsil səviyyəsini 12 ilə tamamlamalıdırlar
Latviya Dovlet teqaudu üçün tələb olunan sənədlər
Universitetdən qəbul sənədi
Cv
Motivasiya məktubu
Dil biliyi
Pasport
Tövsiyə məktubu
Transkript
Qeyd olunan bütün sənədlər ingilis dilində tərcümə təsdiq olunmalıdır.
Latviya Dovlet teqaudu üçün Prioritet ixtisaslar
Hüquq
Komputer Elmləri
Biznesin idarə edilməsi
Humanitar elmlər
Sosial Elmlər
Bunu da qeyd edək ki təqaüd üçün qeydiyyatdan keçərkən Latviya online ərizə ilə yanaşı Təhsil Nazirliyi tərəfindən yerləşdirilmiş formu mütləq doldurmalısınız.
2024/25-cü tədris ili üzrə Latviya təqaüd proqramına layiq görüləcək şəxslər sırasından yalnız Elm və Təhsil Nazirliyinin elektron ərizə sistemini tamamlamış şəxslərin adları Hökümətlərarası Təqaüd Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış Azərbaycan Respublikası vətəndaşlarının siyahısına daxil ediləcəkdir. Bunu nəzərə alaraq, Latviya tərəfinə edilmiş müraciətlərlə yanaşı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elektron ərizə sistemi üzrə də müraciətlərin təsdiqlənməsi xahiş olunur.
📌DEADLİNE:1 Aprel
Müraciət forması: Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları
· 1-ci Latviya elektron ərizə sistemi doldurulub təsdiq etməlidir; 01.04.2024-ci il tarixinədək; https://scholarships.viaa.gov.lv/en/login
· 2-ci Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elektron ərizə sistemini* tamamlayıb təsdiq etməlidir (şərti/formal müraciət); -01.04.2024-ci il tarixinədək; https://app.htp.edu.az/
Daha çox təqaüd növü üçün saytımızı izləmədə qalın https://cleverest.az/meqaleler/