a

Cleverest Academy

  /  Uncategorized   /  İngiltərədə Yay Məktəbi
ingiltərədə yay məktəbi

İngiltərədə Yay Məktəbi

Əziz valideynlər, Cleverest Academy olaraq bu dəfə sizin övladlarınız üçün İngiltərədə yay kampı təklifi hazırlamışıq.  İngiltərə yay məktəbi ilə biz sizə İngiltərədə İngilis dilində və fərqli sahələrdə kurslar təklif edirik. Hər ehtiyacı ödəmək üçün zənginlik və keyfiyyətli yay düşərgələrində  həm akademik, karyera yönümlü və sosial inkişafınıza töhfə verəcək və yeni bir mədəniyyətlə tanış olarkən xarici dil öyrənmənizə kömək edəcəkdir. Böyük Britaniyada yay düşərgəsi sizi hər cəhətdən qane edəcək.

Əgər siz 6-17 yaş arası macəra həvəskarısınızsa, bu yay keçmişə səyahət edə, qalaları, qüllələri, sarayları ziyarət edə ingilis dilini elə və vətənində öyrənə bilərsiniz.

İngiltərədə Yay Kampı Proqramı Azərbaycanda yeganə olaraq Cleverest Academy ilə əməkdaşlıq edən Summer Boarding Courses (SBC) British Council tərəfindən Akkreditasiya olunmuşdur.

Yaş qrupları üzrə kampuslarda müxtəlif proqram mövcuddur.

Kampuslar

  • Twyford (yaş 8-12)
  • Canford (yaş 11-15)
  • Headington (yaş 13-16)
  • Eton College (yaş 12-16)
  • Earlscliffe (yaş 13-17)
  • Rochester (yaş 13-17)
  • Cambridge College (yaş 15-17)
  • Oxford College (yaş 16-17)
  • Günlük kamplar (yaş 6-12)

Bu proqram daxilində siz aşağıdakı kurslara müraciət edə bilərsiniz.

Kurslar:

  • Memarlıq
  • İncəsənət və Dizayn
  • Biznes
  • Rəqəmsal İnkişaf
  • İngilis Dili
  • Mühəndislik
  • Tarix
  • Beynəlxalq Əlaqələr
  • Hüquq 
  • İdarəetmə
  • Riyaziyyat
  • Tibb
  • Kiçik MBA
  • Təbiət Elmləri
  • Siyasət və iqtisadiyyat
  • Psixologiya
  • STEM
  • Davamlı Gələcək
  • Qlobal Düşün
  • Universitetə Hazırlıq (UK və USA universitet sisteminə hazırlıq)

Bundan əlavə proqrama sosial aktivlik də daxildir.

Əlavə Fəaliyyətlər:

  • London gəzintisi
  • İdman turnirləri
  • Multi-fəaliyyətlər
  • Çimərlik gəzintiləri
  • Park Gəzintiləri
  • Muzey gəzintiləri
  • Partilər
  • Oxford ekskursiyası
  • Quiz gecələri
  • Üzgüçülük
  • İncəsənətlə bağlı tədbirlər
  • Çayda qayıqla tur

Şagirdlər 2, 3, 4, 5, 6, 7 həftə ərzində çox rəngarəng bir proqramda iştirak edəcəklər və ingilis dili dərslərinin xaricində Londonun ən məşhur yerlərini ziyarət etmə fürsəti əldə edəcəklər. Həftə sonları isə London ətrafı şəhərlərə gəzintilər təşkil olunacaq.

Program təmin edir:

  • Hava limanından kampusa transport
  • Qalacaq yer
  • Səhər, Günorta və axşam yeməyi
  • Dərs vəsaitləri
  • Kursdan asılı olaraq həftədə 15-saatdan başlayaraq dərslər
  • Dərsdən əlavə məşğuliyyətlər
  • Tibbi sığorta
  • Tələbələrin allergiya olduğu ərzaqlara və ya içəcəklərə diqqət 
  • Gəzintilər
  • Ekskursiyalar

Əylənərək öyrənəcəyiniz, çox səyahət edəcəyiniz və bəlkə də heç ayrılmaq istəməyəcəyiniz məktəbi biz Cleverest Academy olaraq sizə təklif edirik. Bu fürsətdən yararlanmağa tələsin.

Qeyd 1: Qiymətlər kampusdan, dərs müddətindən, kursdan asılı olaraq dəyişir.

Leave a comment