a

Cleverest Academy

  /  Uncategorized   /  FLEX Programı Nədir?
FLEX proqramı

FLEX Programı Nədir?

FLEX Azərbaycan, Çexiya, Estoniya, Gürcüstan, Ermənistan Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Monqolustan, Monteneqroda fəaliyyət göstərən ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən yüksək rəqabət qabiliyyətinə əsaslanan təqaüd proqramıdır.

FLEX (Future Leaders Exchange Program) yəni, Gələcək Liderlerin Mübadiləsi Proqramı 10 ay, yəni bir tədris ilini əhatə edən proqramdır. Bu proqram vasitəsilə qaliblər həmin il Amerikada təhsil almaq imkanı əldə edirlər. Proqram Azərbaycanda artıq 25 ildən artıqdır ki, keçirilir və bu proqramda Azərbaycandan 26 000-dən çox tələbə iştirak edir.

ABŞ-da olarkən FLEX tələbələri liderlik bacarıqları əldə edir, Amerika cəmiyyəti və dəyərləri haqqında öyrənir və amerikalılara öz ölkələri və mədəniyyətləri haqqında öyrədirlər. FLEX tələbələri ABŞ icmalarında ictimai xidmət göstərir və öz ölkələrində səfir kimi fəaliyyət göstərirlər. Çoxları proqram zamanı əldə etdikləri bacarıq və ideyalardan istifadə edərək öz ölkələrində innovativ layihələr hazırlamaq və həyata keçirmək üçün bu könüllülük ruhundan ilhamlanır. FLEX tələbələri təbii olaraq maraqlı və həvəsli dünya vətəndaşlarıdır.

FLEX programının xeyri nədir?

İlk növbədə xeyri, 10 ay ərzində başqa bir ölkənin həyat tərzi və mədəniyyəti ilə tanış olursunuz. İngilis dilini daha da inkişaf etdirirsiniz. Özünə başqa FLEX məzunlarından ibarət bir qrup qazanırsınız və ən əsası qayıtdıqdan sonra belə müxtəlif maraqlı işlər görə biləcəyin çoxlu dostların əhatəsində olursunuz.

Bəs FLEX Proqramı nəyi əhatə edir?

Əslində, FLEX proqramı tamamilə pulsuzdur və ABŞ-dakı müxtəlif təşkilatlar və sizi qarşılayan ailələr tərəfindən maliyyələşdirilir. Bütün yeni üzvlər üçün bütün aviabiletlər, vizalar və sığortalar bu proqramın daxilindədir. Həmçinin aylıq  100-150 ABŞ dolları arasında təqaüd verilir(təşkilatdan asılı olaraq). Həmin bu il ərzində sizi qəbul edən yeni könüllü ailədə həmin ailənin  bir üzvü kimi yaşayırsınız. ( yəni yemək, qalacaq yeri ailə təmin edir) Oxuyacağınız məktəb isə qalacağınız ailəyə yaxın seçilir. Təqaüdçülərin (yəni siz) sizi qarşılayan təşkilatı, ailəni və ya ştatı seçmək imkanı yoxdur, əksinə onlar sizi seçirlər. Beləliklə sizin ödəyəcəyiniz məbləğ  Amerikaya getmək üçün xarici pasportun dövlət rüsumudur.

Flex təqaüd proqramında iştirak şərtləri nələrdir? 

  • 15-17 yaşlı olmalı
  • Müsabiqə keçirilən zaman orta məktəbdə 9, 10, 11-ci sinif  şagirdi olmalı;
  • İngilis dilini bilməli  (namizədlər müsabiqə keçirilən an üçün ingilis dili biliklərini nümayiş etməlidirlər)
  • Amerika vizalarının verilməsi tələblərinə uyğun olmalı;
  • Azərbaycan vətandaşı olmalı və beynəlxalq pasport almaq imkanına malik olmalıdırlar.

Flex program üçün imtahan necə olur?

FLEX imtahanı 3 turdan ibarət olur. İmtahanını 1ci turu əsasən, 15 sentyabrla – 15 oktyabr arasındakı bir tarixdə (yaşadığınız şəhərdən asılı olaraq) keçirilir.

Birinci tur üçün sizə lazım olan sadəcə olaraq, şəxsiyyət vəsiqəsi, 3X4-ə şəkil və bir də qələminizi götürərək sizə ən yaxın olan imtahan məntəqəsinə getməkdir. Qeydiyyat elə imtahan günü həmin yerdəcə aparılır və siz imtahana buraxılırsınız. Birinci turda 15 sualdan ibarət ingilis dilində bir test olur və imtahan sadəcə 15 dəqiqə çəkir. Suallar sadə ingilis dili bilikləri olanlar üçün asandır deyilə bilər. Bu turun nəticələri ya həmin gün ya da ən uzağı 1 gün sonra açıqlanır və siz 2-ci tura dəvət olunursunuz.

2-ci tur normalda 1ci turdan sonrakı 1 ay ərzində keçirilir və bu tur üçün şəxsiyyət vəsiqəniz  imtahana buraxılırsınız. Bu turda siz əvvəlcə Dinləmə (Listening) -dən imtahan verirsiniz. Yəni oturduğunuz otağa maqnitofonla müxtəlif dialoqlar və ya hekayələr qoyulur və siz onların cavablarını cavab kartında işarələyirsiniz. Bundan sonra isə ingilis dilində olan inşa yazmağınız tələb olunur. İnşa suallarını siz seçmirsiniz. 2ci turun nəticələri də 1 ay ərzində məlum olur və 3cü tur üçün şans qazanırsınız.

3-cü tur da 2ci turdan sonrakı 1-2 ay ərzində keçirilir. Burada sizdən müsabihə alınır və sizdən yenə də inşa yazmağınız tələb olunur. Bu arada deyim ki, inşa sualları çox asan olur.  və həmçinin sizə evdə və məktəbdə ailənizə və müəllimlərinizə və həmçinin də özünüzə doldurmaq üçün formalar (sənədlər) verilir.

3-cü turun cavabları isə ən azı 4-5 ay ərzində yəni mart-aprel aylarında açıqlanır və siz seçilsəniz və ya seçilməsəniz belə sizə zəng edib bu haqda məlumat verilir. Bu vaxt 3- haldan biri olur: ya tamamilə seçilməmisiniz, ya seçilmisiniz və artıq programla 1 il ərzində Amerikada təhsil şansı qazanmısınız və yaxud da ehtiyatdasınız. Yəni, əgər seçilmiş finalistlərdən hər hansısa birisi imtina edərsə, və ya müəyyən səbəblərə görə iştirak edə bilməzsə demək ki, onun yerinə siz gedəcəksiniz.

Əgər artıq buraya qədər də gəlmisinizsə, gerisində nə edəcəyinizi, dolduracağınız bütün sənədlərə Amerikan konsulluğu köməkçi olur və sizin bütün suallarınızı cavablandırır.

Leave a comment