Estoniyada Təhsil
Ölkəmizdə tələbələrin seçdiyi əsasən də IT sahəsinə yönələn tələbələrin istədiyi ölkələr sırasında birinci seçim olaraq Estoniya nəzərdə tutulur. Buna səbəb isə Estoniya universitetləri tələbələrə müxtəlif təqaüd almaq şansı verməsidir.
Estoniya dünyaca məşhur Tallin Universiteti,Tartu Universiteti ilə tanınır.
Tartu Universiteti Estoniyada yerləşən ali təhsil müəssisəsi; ölkənin ən qədim ali təhsil ocağıdır.
Tarixi: Tartu Universiteti 1632-ci ildə Estoniyanın İsveç dövründə İsveç kralı Qustav Adolf tərəfindən təsis edilmişdir.
Məkan: Universitet Estoniyanın ikinci ən böyük şəhəri olan və zəngin mədəni və intellektual irsi ilə tanınan Tartu şəhərində yerləşir.
Tartu Universitetində təhsil ala biləcəyiniz ixtisaslar:
- Təhsil texnologiyası
- Demokratiya və İdarəetmə
- Beynəlxalq Münasibətlər və Regionşünaslıq
- Komputer Elmləri
- İnformasiya Texnologiyaları
- Robotika və Komputer mühəndisliyi
Tallin Universiteti
Tallin Universiteti Estoniyanın paytaxtı Tallin şəhərində yerləşir.
Universitet 2005-ci ildə qurulmuşdur .
Tallin Universitetində təhsil aldığınız zaman müəyyən təqaüdlərə müraciət edə bilərsiniz
Specialty Scholarship https://taltech.ee/en/speciality-scholarship
Təqaüdün aylıq miqdarı 160 euro təşkil edir.Təqaüd proqramı həm magistratura həm də bakalavr üçün keçərlidir.
Performance Scholarship https://taltech.ee/en/performance-scholarship
bu təqaüdün aylıq miqdarı 100 euro təşkil edir təqaüd üçün hər semestr müraciət edilməlidir çünki müddəti 5 aydır.
Estoniyada IT təhsili üçün müraciət edəcəyiniz ən yaxşı universitetlər siyahısında Tallin və Tartu universitetləri nəzərinizdə olsun.
Estoniyada magistratura üçün DORA PLUS TƏQAÜD PROQRAMI
Dora Plus Avropa Regional İnkişaf Fondu və Estoniya Respublikası tərəfindən maliyyələşdirilən xarici tələbələrin Estoniyada təhsil almağı üçün verilən təqaüd proqramıdır.
Bu təqaüd proqramına müraciət üçün sizin universitetindən qəbulunuz olmalıdır,başqa təqaüd almamlıdır.
Universitetə qəbul olan magistratura 1-ci kurs tələbələri üçün son müraciət tarixi 10 Sentyabr
2-ci kurs tələbələri üçün isə 30 iyundur.
Tələb olunan sənədlər
CV
Diplom və transkript
Pasport Dil Sertifikatı (IELTS və TOEFL)
Pingback: Avropada IT tehsili - Cleverest Academy
15/12/2023