![Dubayda tehsil](https://cleverest.az/wp-content/uploads/2024/07/GkK8XarS-hotelbalconyviewsindubaiaddressbeachresort_1-1200x800-1.jpg)
Dubayda tehsil
Dubayda tehsil- Bugunkü məqaləmizdə sizə Dubayda təhsil haqqında ən son məlumatları yenilikləri verəcəyik.
Siz Dubayda bakalavr, magistratura pillələri üzrə təhsil almaq şansı əldə edə bilərsiniz.
Dubayda təhsil sistemi keyfiyyətli olması və bir çox beynəlxalq əməkdaşlıqlarının olması ilə fərqlənir.
Həmçinin Dubay Universitetlərində təhsil aldığınız zaman işləmək imkanı və karyera yüksəlişi əldə edə bilərsiniz. Bu fürsəti sizə universitetlər özləri təklif edir.
![](https://cleverest.az/wp-content/uploads/2024/07/image.png)
Tələbələr Dubay universitetlərində təhsil aldıqları müddətdə həftədə 15 saat, ayda 60 saat işləyə bilərlər o şərtlə ki bir universitet tərəfindən sponsurluq edilir və lazımi icazələri olsun.
Dubay universitetlərində magistratura təhsili 2 il, bakalavr təhsili isə 3-4 il davam edir.
Digər ölkələrdə olduğu kimi Dubayda da dərslər payız və yaz semestrləri üzrə başlayır.
payız semestri sentyabr-oktyabr aylarında, yaz semestri isə yanvarda başlayır.
Dubayda tehsil qiymətləri
Dubay universitetlərində təhsil haqqı minimum 5000 usd-dən başlayır və universiteti seçəcəyiniz ixtisasa əsasən bu qiymət dəyişir.
Dubayda yaşayış xərcləri fərdə görə yəni şəhərdən, yaşayış növündən və yaşayış standartlarından asılı olaraq, 700-1000 dollar arasında dəyişir. Dubay digər ölkələrə nisbətən daha bahalı şəhərdir və yaşayış şərtləri digər yerlərlə müqayisədə nisbətən yüksəkdir. Kirayə, yemək, əyləncə, nəqliyyat və digər xərclər üçün təxminən 1200 dollar büdcə ayırmaq lazımdır.
Dubayda tehsil zamanı tələb olunan sənədlər ( bakalavr)
Ərizə forması
Atesstat ( yoxdursa məktəbi bitirdiyinə dair arayış)
Transkript
Şəxsiyyət vəsiqəsi
Xarici Pasport
Şəkil
Tövsiyyə məktubu
Beynəlxalq dil sertidikatı ( yoxdursa ödənişli şəkildə qəbul ola bilərsiniz)
Dubayda təhsil zamanı tələb olunan sənədlər (Magistratura)
Ərizə forması
Diplom (əgər yoxdursa universitetdən arayış)
Universitet ortalaması- GPA
Xarici Pasport və şəxsiyyət vəsiqəsi
Motivasiya və Tövsiyyə məktubu
Beynəlxalq dil sertifikatı (IELTS və ya TOEFL)
Əvvəlki məqaləyə buradan baxa bilərsiniz