a

Cleverest Academy

  /  Xaricdə Təhsil   /  Dövlet Proqramı
dovlet proqrami

Dövlet Proqramı

Dövlet Proqramı üçün sənəd qəbulu açıq elan edilmişdir. Bu proqram hazırda  xaricdə təhsil alan tələbələr və xaricdə təhsil almaq istəyənlər üçündür. Proqram həm bakalavr, həm də magistratura tələbələrin xaricdə təhsil alması üçün şərait yaradır. Bu proqrama 80 bakalavr, 320 magistratura tələbəsi olmaqla ümumi 400 yer ayrılmışdır.Dövlət Proqramı daha ətraflı məlumat üçün linkə keçid edin .

Dövlet Proqramı sizə nələr vəd edir?

  • Təhsil xərcləri
  • Viza və təhsil alacağınız ölkədə qeydiyyat xərcləri
  • Aylıq yaşayış xərcləri
  • Tibbi sığorta xərcləri
  • Beynəlxalq nəqliyyat xərcləri
  • Bank və plastik kart xərclər

Belə təhsil almaq kim istəməz ki?:)

Elə isə gəlin proqramın tələbləri ilə tanış olaq.

Bakalavr üçün tələb olunan sənədlər:

  1. Attestat və ya məktəbdən alınan arayış
  2. Müraciət üçün qəbul sənədi ( Bu sənəd Dövlət Proqramının təqdim etdiyi siyahıdakı  TOP 10-luqdakı universitetlərdən olmalıdır).( Hazırda təhsil alan namizədlər üçün təhsil aldıqlarına dair müvafiq arayış)
  3. Beynəlxalq səviyyəli dil sertifikatının surəti
  4. Hərbi bilet və ya ASAN xidmətdən əldə olunan hərbi xidmətdən möhlət hüququ haqqında arayış
  5. DİM qəbul imtahanının nəticəsi
  6. Sağlamlıq haqqında arayış
  7. Beynəlxalq təhsil proqramının (IB, Alevel, AP) göstəricisini təsdiq edən arayışın surəti (olduğu təqdirdə)
  8. Beynəlxalq olimpiada qalibi (bürünc, gümüş, qızıl) olduğunu təsdiq edən sənədin surəti (olduğu təqdirdə)
  9. Beynəlxalq səviyyədə tanınan imtahan (SAT/ACT) göstəricisini təsdiq edən arayışın surəti (olduğu təqdirdə)

Magistratura üçün tələb olunan sənədlər:

  1. Bakalavr diplomunun surəti/hazırda sonuncu tədris ilində təhsil aldığını sübut edən müvafiq arayış
  2. Bakalavr təhsili xarici universitetdə alındığı təqdirdə, xarici ali təhsilə aid kvalifikasiyanın tanınmasına dair şəhadətnamə
  3. Qəbul sənədi ( Hazırda təhsil alan müraciətçilər üçün təhsil aldıqlarına dair müvafiq arayış)
  4. Tövsiyə məkubları (ən azı 2 ədəd)
  5. Beynəlxalq səviyyəli dil sertifikatının surəti
  6. Transkriptin surəti ÜOMG 81+
  7. Hərbi bilet və ya ASAN xidmətdən əldə olunan hərbi xidmətdən möhlət hüququ haqqında arayış
  8. Sağlamlıq haqqında arayış Sağlamlıq haqqında arayışın forması AZS-086/1 olmalıdır.
  9. “Yüksəliş” müsabiqəsinin qalibi olduğunu təsdiq edən sənədin surəti ( olduğu təqdirdə)

Dövlət Proqramı neçə mərhələdən ibarətdir?

Seçim 2 mərhələdən ibarətir. İlkin mərhələdə qeyd olunan sənədlər online şəkildə rəsmi veb-səhifə üzərindən elekron ərizəni doldurmalı və tələb olunan sənədlərin skan edilmiş surəti əlavə olunmalı elektron ərizə təsdiq edilməlidir. Birinci mərhələni uğurla başa vuran namizədlər müsahibəyə dəvət olunurlar.

Müsahibə mərhələsində namizədlər 3 kriteriya əsasında dəyərləndirilir

  • Təhsil almaq istədiyiniz ixtisas üzrə bilik və bacarıqlar
  • Kommunikasiya bacarıqları, inandırma bacarıqları
  • Məntiqi mühakimə bacarığı

Müsahibə Azərbaycan Dövlət Neft Fondunun bir nümayəndəsi, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 1 nümayəndəsi və müvafiq ixtisas üzrə mütəxəssis olmaqla 3 ekspert tərəfindən keçirilir.

Qeyd edim ki, bakalavr üzrə Beynəlxalq Olimpiada qalibləri, magistratura dərəcəsi üzrə Yüksəliş müsabiqəsinin qalibləri müsahibə mərhələsindən azaddırlar.

Onu da qeyd edək ki, hazırda Dövlət Proqramı xətti üzrə 343 tələbə təhsil alır.

Niyə də bu şanslı tələbələrdən biri də siz olmayasınız?

Bunun üçün Cleverest Academy sizə dəstəkdir. Digər məqaləmizdə Türkiyədə yerləşən və Dövlət Proqramına daxil olan universitetlər ilə tanış ola bilərsiniz. Buradan daxil olun

Leave a comment