a

Cleverest Academy

  /  Xaricdə Təhsil   /  Daad Təqaüd Proqramı
daad təqaüdü

Daad Təqaüd Proqramı

Dünyanın ən prestijli universitetləri məhz Almaniyada yerləşir. Almaniyaya müraciət edən tələbələri də maraqlandıran suallardan biri DAAD Təqaüd proqramıdır.

Bu təqaüd Almaniyada magistrdoktorantura təhsili alacaq tələbələr üçün nəzərdə tutulub. Yəni bakalavr üçün tələbələr müraciət edə bilməz.

DAAD təqaüdü üçün yaş məhdudiyyəti yoxdur.

Ancaq sizin son təhsilinizdən 6 il keçməməlidir.

Təqaüd full-time təhsil alacaq tələbələr üçün nəzərdə tutulub.

DAAD təqaüdlərinə nələr daxildir?

Bu proqram əksərən tələbələrin bütün xərclərini qarşılayır.

Bura magistr tələbələri üçün aylıq 850 euro, tibbi sığorta xərcləri və həmçinin səyahət xərcləri də daxildir. Doktoratura tələbələri üçün isə aylıq 850-1200 euro verilir. Tələbə qəbul seçimi isə təqaüd proqramından asılı olaraq aparılır.

Təqaüd hansı tələblər qoyur?

Tələbənin bakalavr təhsilinin olması

Tələbənin 2 il iş təcrübəsinin olması

Motivasiya məktubu

Seçəcəyiniz ixtisasın tədris dilindən asılı olaraq sizdən Alman və İngilis dili biliyinizə dair beynəlxalq sertifakatlarınız olmalıdır.

Son təhsil dərəcəniz yaşadığınız ölkədən almalısınız.

Bu proqram müraciət edərkən sənədləriniz ingilis və ya alman dillərində həmçinin sənıdlər online ənənəvi və online formada təqdim olunmalıdır.

Proqrama qəbul olduqdan sonra sizdən müsahibə götürülür və 15 dəqiqə kimi davam edir. Və burda sizin ümümi bilikləriniz dünyagörüşünüz yoxlanılır.

Müraciət tarixi:

Bu proqrama son müraciət tarixi adətən hər ilin payız aylarında olur. Adətən bu Oktyabr ayında olur.

Leave a comment