![chevening təqaüdü](https://cleverest.az/wp-content/uploads/2023/09/Chevening-Scholarships.jpg)
Chevening Təqaüdü
Hər kəsin arzusu xaricdə təhsil almaqdır, özəlliklə də təqaüdlə təhsil almaq. Məlumdur ki hal hazırda yüzlərlə təqaüd proqramları var və tələbələr bu təqaüd proqramlarından özlərinə ən uyğununu seçib müraciət edib qazanırlar. Bu gün danışacağımız təqaüd proqramı “CHEVENİNG TƏQAÜD” proqramıdır.
2024-2025 Chevening Təqaüdləri üçün müraciətlər artıq 12 Sentyabr 2023 — 7 Noyabr 2023 tarixləri arasında açıqdır!
Chevening Böyük Britaniya hökumətinin beynəlxalq təqaüd proqramıdır.
Proqram Birləşmiş Krallıqda təqaüdlə bir illik Magistratura təhsili almaq istəyənlər üçün nəzərdə tutulub.
Bu təqaüd proqramı nələri qarşılayır?
- Aviabilet ( gediş-gəliş)
- Təhsil haqqı
- Yaşam xərclərini qarşılamaq üçün aylıq təqaüd
- Viza rüsum xərci
- Böyük Britaniyada Chevening tədbirlərində iştirak etmək üçün səyahət qrantı
Təqaüdün tələbləri nələrdir?
Azərbaycan vətəndaşı olmaq
Xarici pasport
Bakalavr diplomu
Transkript
CV-Referans məktubu 2 ədəd
Esse
Hansı dildə təhsil alacağınızdan asılı olaraq C1 dil sertifikatı(beynəlxalq)
Sənədlər tərcümə təsdiq olunmuş halda olmalıdır
Təqaüdün şərtlərindən biri odur ki təhsilinizi başa vurduqdan sonra ın az iki il öz ölkənizdə qalmalısınız
Chevening Təqaüd proqramının saytı: https://www.chevening.org/scholarships/