a

Cleverest Academy

  /  Xaricdə Həyat   /  Beynəlxalq Festivallar
beynəlxalq festivallar

Beynəlxalq Festivallar

Beynəlxalq Festivallar – BMZ Colleges

Dünyanın bir çox ölkəsində müxtəlif festivallar keçirilir. Bu festivallarda xaricdə təhsil alan azərbaycanlı tələbələr də iştirak edir.

Həmçinin xaricdə təhsil alamağa hazırlaşan tələbələrin də hər zaman belə festivallar maraq dairəsində olmuşdur.

İndi isə gəlin birlikdə bu festivallar haqqında öyrənək .

Bunlardan biri Oktoberfest-dir

Bu festival Almaniyanın Münhen şəhərində hər il ənənəvi qatdada keçirilir.Festival sentyabr aylarının sonları oktyabr ayının əvvəli başlayır və 16 gün davam edir.  Turistlərlə birlikdə bayramda hər il 6 milyondan çox şəxs iştirak etməkdədir.

Bu festivallarda Beynəlxalq tələbələr də iştirak edə bilir.

 

Digər festivallardan biri isə Notting Hill karnavalıdır.

Bu festival hər il Londonda keçirilir. Avropanın ən böyük, dünyanın isə Rio-de-Janeyro-dan sonra ikinci ən böyük festivalıdır.

Festivalın tarixi 1960-cı ildə Karib dənizinin sakinlərinin Notting Hill-də toplaşması ilə başlayıb. Festival iştirakçılarının ilk şüarı, “Xalqın azadlığı onun mədəniyyətindən doğur” olub.

Festivalın ənənəvi hissəsi-rəngarəng döyüşlərdir. Festivalın paltarları bütün 1 il ərzində hazırlanır.

 

Xaricdə keçirilən belə festivallar müxtəlifdir. Siz də bu festivallarda iştirak edə bilərsiniz. Festivallarda həmçinin müəyyən tədbirlərdə iştirak edərək dünya görüşünüzü artıra bilərsiniz.

Belə tədbirlərdən və ya festivallardan, həmçinin könüllülük proqramlarından xəbərdar olmaq üçün bizi izləyə bilərsiniz.

 

Cleverest Academy sizə xaricdə təhsil almaqla yanaşı, bu cür imkanlardan yararlanmaq fürsəti də yaradır.

Leave a comment