Avropada IT tehsili
AVROPADA IT tehsili
Müasir dövrümüzdə ən çox axtarılan və prestijli sahələrdən biridə IT-dir.Elmi araşdırmalar sübut etmişdir ki, IT sahəsi üzrə gənclərin məzun olduqdan sonrakı ilk 6 ay ərzində işə qəbul olma şansları yüksəkdir.Daha ixtisaslaşmış, təcrübəli IT mütəxəsisi olmaq üçün siz Avropanın aparıcıuniversitetlərində təhsil ala bilərsiz.
Avropada IT tehsilini Hansı ölkələrdə ala bilərsiniz?
Estoniya
Ölkəmizdə IT sahəsinə yönələn tələbələrin istədiyi ölkələr sırasında birinci seçim olaraq Estoniya nəzərdə tutulur. Buna səbəb isə Estoniya universitetlərinin müxtəlif təqüd proqramlarının olmasıdır.Aşağıdakı universitetlər Estoniyada IT təhsili ilə seçilir:
- Tallinn Teknoloji Üniversiteti (Tallinn University of Technology)
- Tartu Üniversitesi (University of Tartu)
3.Tallin Universiteti (University of Tallin)
Almaniya
Avropada IT tehsili almaq istəyən tələbələrin əksəriyyətinin seçimi Almaniyadır.Almaniya öz yüksək keyfiyyətli təhsili və top universitetləri ilə tanınır.Həmçinin dövlət tələbələrin oxuyarkən işləmələri üçündə şərait yaradır.Almaniyada IT sahəsində təhsil almaq üçün siz top universitetlərə müraciət edə bilərsiz. - Technical University of Munich
- KIT, Karlsruhe Institute of Technology
- Ludwig-Maximilians-Universität München
- RWTH Aachen University
- Technische Universität Berlin
Hollandiya
Avropada IT tehsili üçün ən çox müraciət edilən ölkələrdən biri də Hollandiyadır .Hollandiyadakı təhsil mühiti beynəlxalq tələbələrə qarşı çox mehriban və qonaqpərvərdir. Hollandiyada IT təhsili üçün ən yaxşı universitetlər aşağıdakılardır: - 1.Delft Universiteti
2.Eindhoven Texnologiya Universiteti
3.Amsterdam Universiteti
4.Twente Universiteti - Groningen Universiteti
İngiltərə
Avropada IT tehsili üçün İngiltərə mükəmməl ölkə seçimidir.Öz fərqli təhsili ilə seçilən bu ölkə tələbələri təhsil ili ərzində müxtəlif təcrübələri, ,yüksək keyfiyyətli təhsili ilə təmin edir.IT təhsili üzrə təhsil verən ən yaxşı universitetlər aşağıdakılardır:
1.Oxford Universiteti - Cambridge Universiteti
3.İmperial College London - University College London
- King’s College London
Polşa
Avropada IT tehsili üçün müraciət edilən ölkələr sırasındadır. Polşa beynəlxalq tələbələr arasında populyar təhsil məkanına çevrilib və IT (İnformasiya Texnologiyaları) sahəsində təhsil təklif edən bir çox universitetlərə malikdir. Polşada IT təhsili üçün bəzi məşhur universitetlər bunlardır:
1.Varşova Üniversitesi (University of Warsaw)
2.Varşova Teknoloji Üniversitesi (Warsaw University of Technology)
3.Jagiellonian Üniversitesi (Jagiellonian University)
4.Wrocław Üniversitesi (University of Wrocław)
Şotlandiya
Şotlandiya İngiltərənin bir hissəsi olsa da, öz təhsil sisteminə malik müstəqil ölkədir və IT sahəsində təhsil təklif edən bir çox universitetlərə malikdir. Aşağıdakı universitetlər
Şotlandiyada IT təhsili ilə seçilir:
1.Edinburgh Üniversitesi (University of Edinburgh)
2.Glasgow Üniversitesi (University of Glasgow)
3.Heriot-Watt Üniversitesi (Heriot-Watt University)
4.Strathclyde Üniversitesi (University of Strathclyde)
QƏBUL ŞƏRTLƏRİ NƏLƏRDİR?
Hər bir universitet üçün qəbul tələbləri müxtəlifdir və bu tələləblər hər bir universiteti öz veb saytında yerləşdirilr.Ümumi tələblər aşağıdakı kimidir:
Ərizə forması
CV
Akademik transkrip
Referans məktubu
Motivasiya məktubu
Dil sertikatları ( İELTS,TOEFL)
TƏHSİL HAQQLARI NECƏDİR?
Təhsil haqqları hər ölkə və universitetdən asılı olaraq təhsil haqqları dəyişir:
Almaniya-bir semestirlik təhsil haqqları təxminən 300-400 Euro olur.
İngiltərə-illik təhsil haqqı 9000 sterlin ilə 30000 sterlin arasında dəyişir.
Hollandiya-illik təhsil haqqı 6000-18000 Euro arasında dəyişə bilir.
HANSI SAHƏLƏRDƏ İŞLƏMƏK OLAR?
Xaricdə IT sahəsində təhsil almaq ən populyar sahələrdə çalışmaq imkanı verir, məsələn: - İnformasiya texnologiyaları
- Kompyuter elmləri
- Məlumat xidməti
- Multimedia
- İnformasiya təhlükəsizliyi
- Proqramlaşdırma
- Sistemlərin avtomatlaşdırılması və s
- IT təhsili üçün səhifəmizdəki digər bloga nəzər yetirin
Share: