Ausbildung nədir?
Ausbildung Almaniyada peşə təhsilidir. Yəni siz Almaniyada həm təhsil alıb, həm də təcrübə qazana bilərsiniz. Ausbildung gələcəkdə sizin yaxşı iş tapmağınız həmçinin yüksək maaşlı işlərdə çalışmanıza yol verir
Almaniyada hansı sahələrdə Ausbildunga müraciət edə bilərəm?
Diş texniki
Əmlak agentləri
Tibb bacısı
Farmocevt
Yük maşını sürücüsü
Hava nəqliyyatı dispetçerləri
Təyyarə mexaniki
Bank işçisi
Gəmi mexaniki
Bioloji
Böyük baxıci
İT mütəxəssisi
Sığorta və Maliyyə
Media texnoloqu
Texniki sistem planlayıcısı və məhsul dizayneri
Sosial Müdafiə
Fizika laborantı
Mexatronik
Elektrik
Otelcilik
Aspaz
Almaniyada ausbildung üçün formal təhsil tələbləri yoxdur. Əsas tələb odur ki, abituriyentlər alman dilində danışa, başa düşə və yaza bilsinlər. Baxmayaraq ki, dil sertifikatları üçün ciddi tələbləri olan bir neçə müəssisə var.
Dil biliyi tələb olunurmu?
Bəli Ausbildunga müraciət etmək üçün minimum b2 səviyyədən başlayaraq dil biliyiniz olmalıdır.Ausbildung təhsilinin müddəti adətən 3 il davam edir.
Ausbildunga tələb olunan sənədlər
- Attestat (11 illik) yoxdursa kollec diplomu
- Xarici Pasport
- Şəkil
- CV
- Motivasiya məktubu
Əgər Almaniya vətəndaşısınızsa, Almaniyada Ausbildung-a müraciət etmək üçün yalnız bir neçə sənəd tələb olunur. (motivasiyanızı və güclü tərəflərinizi göstərməli olduğunuz proqram), CV
CV-niz Europass formatında olmalıdır.