a

Cleverest Academy

  /  Uncategorized   /  Au Pair Proqramı ?
Au Pair Proqramı

Au Pair Proqramı ?

AU Pair Proqramı nədir?

Au Pair Proqramı adətən fərli bir ölkədə yaşayan ailəyə köməkçi olmaq və yerli dil və mədəniyyəti öyrənmək üçün gənc insanların qatıldığı mədəni mübadilə proqramıdır. Bu proqramda hər hansı gənc (18-26 yaş) bir ailəyə qatılır və müəyyən müddət ərzində onların yanında yaşayır. Onlar ailəyə kömək etməklə yanaşı yaşadıqları ölkənin dilini və mədəniyyətinidə öyrənmiş olurlar.

Au Pair proqramı adətən bir neçə aya qədər davam edə bilər, lakin bəzi hallarda bir aydan bir ilə qədər davam edə də bilər. Proqram zamanı namizəd ailəyə müəyyən müddət ərzində kömək edir və adətən həftədə müəyyən sayda saat işləyir. Bundan əlavə, namizədin cib xərcliyi və yaşayış yeri təmin edilir.

HANSI ÜSTÜNLÜKLƏRİ VAR ?

  • Au-pair sisteminin ən mühüm üstünlüklərindən biri də xərclərin kifayət qədər aşağı olmasıdır.
  • Yalnız məsləhət xidmətləri, uçuş biletləri və viza haqları ödənilir və bu ödənişlər ziyarət ediləcək ölkədən asılı olaraq dəyişir.
  •  Au-Pair kimi yaşadığınız ailə mətbəx xərclərini və əsas ehtiyacları qarşılayır, həmçinin az miqdarda cib pulu verir.

 Au Pair təcrübəsi xaricdə uzun müddət yaşamaq, dostluq etmək və xarici mədəniyyəti öyrənmək təcrübəsidir.Digər tərəfdən, proqram iştirakçıları öz ölkələrinə qayıtdıqda, əldə etdikləri xarici dil sayəsində iş dünyasında üstünlük verilən namizədə çevrilirlər.

HANSI ÖLKƏLƏRƏ MÜRACİƏT EDƏ BİLƏRSİZ?

  • Au-Pair proqramında bütün Avropa, Amerika və Avstraliya qitələrinin vətəndaşları olan gənclər iştirak edə bilərlər.

AU PAİR ALMANİYA

AU PAİR Almaniya proqramı alman dilini inkşaf etdirmək istəyən gənclər üçün çox ekonemik proqramdır.Alman ailələrinin yanında qalarq heç bir xərc çəkmədən həm dilinizi, həm də dünyagörüşünüzü artıra biləcəksiz.

MÜRACİƏT ÜÇÜN TƏLƏBLƏR NƏLƏRDİR?

  • Pasport
  • Müraciət forması
  • Biometrik şəkil (35×45 ölçüdə)
  • Motivasiya məktubu
  • Referans məktubu
  • 18-26 yaş olmaq
  • Subay olmaq
  • Dil sertifikatı (Ən az A2 səviyyəsində alman dilini bilmək)
  • Sağlamlıq qeydiyyatı
  • Polis qeydiyyatı
  • AU PAİR müqaviləsi

 AU PAİR  PROQARMINDA İŞTİRAK EDƏN NAMİZƏDLƏRƏ HANSI İMKANLAR VERİLİR ?

  • Şəxsi otaq (8 kvadratmetrdən az olmayan)
  • Üç dəfə yemək
  • Aylıq min 280 avro
  • Alman dili kursu üçün ayda 70 avro
  • Qəza və sağlamlıq sığortası
  • Həftədə bir tam və ya bir yarım gün istirahət

HANSI SAHƏLƏR ÜZRƏ İŞLƏYƏCƏKSİNİZ?

  • Uşaq baxımı
  • Ev işləri
  • Dil tədrisi
  • Məktəb müşayiəti

Au Pair olaraq həftədə orta hesabla 30 saat, gündə maksimum 6 saat işləməyi gözləyə bilərsiniz. Xüsusi cədvəl və iş saatlarının bölgüsü ailənin ehtiyaclarından və tənzimləmələrindən asılı olaraq dəyişə bilər.

Leave a comment