Almaniyada Yeni İmkanların Açarı: Chancenkarte (Fürsət Kartı)

Almaniya 2024-cü ildən etibarən «Chancenkarte» – Fürsət Kartı sistemini tətbiq edib. Bu sistem Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşlarına Almaniyada qanuni şəkildə yaşayıb iş axtarmaq imkanı yaradır.
Chancenkarte nədir?
Bu kartla Almaniyada 1 il müddətində qalaraq tam qanuni şəkildə iş axtara və ayda 20 saata qədər işləyə bilərsiniz. Əgər iş tapsanız, uzunmüddətli iş icazəsi almaq imkanı yaranır.
Kimlər müraciət edə bilər?
Müraciət üçün iki yol mövcuddur:
Peşə və ya diplomunuz Almaniyada tanınırsa, birbaşa müraciət edə bilərsiniz.
Yoxdursa, xal sisteminə əsasən (minimum 6 xal) müraciət etmək mümkündür.
Əsas meyarlar:
Alman dili biliyi (B1) – 3 xal
İş təcrübəsi (3+ il) – 2 xal
Ali təhsil – 4 xal
Yaş (35-dən aşağı) – 2 xal
Almaniyada qohum – 1 xal
Niyə Chancenkarte?
İş vizasına alternativ olaraq daha çevik və əlçatan sistemdir.
Almaniyada karyera qurmaq və uzunmüddətli yaşamaq üçün ideal fürsətdir.
Peşəkar əlaqələr qurmaq və yerli iş bazarına daxil olmaq şansı yaradır.
Biz sizə necə kömək edirik?
Cleverest Academy olaraq sənədləşmə, tərcümə, CV hazırlanması və müraciət prosesində tam dəstək veririk.
Almaniyada işləmək istəyirsənsə, ilk addımı bizimlə at!
📩 Ətraflı məlumat və müraciət üçün bizimlə əlaqə saxlayın