a

Cleverest Academy

  /  Uncategorized   /    Almaniyada tehsil ve depozit
Almaniyada tehsil ve depozit

  Almaniyada tehsil ve depozit

Almaniyada tehsil

Bank depoziti

Almaniyada elave xercler

 Almaniyada tehsil ve depozit- Bugünki məqaləmizdə sizlərə də çox maraqlı olan Almaniyada ödənişsiz təhsil haqqında danışacağıq.

Almaniya  İxtisas seçiminin çoxluğu həmçinin prestijli universitetlərin olması ilə  Azərbaycanlı tələbələr tərəfindən ən çox müraciət olunan ölkələrdən biridir.

Bİr çox tələbələr düşünür ki Almaniyada yalnız alman dilində təhsil ala bilər ancaq bu heçdə belə deyil Siz Almaniyada həm alman,həmdə ingilis dilində təhsil ala bilərsiz.

QEYD: Hüquq və Tibb ixtisasları üzrə yalnız alman dilində təhsil ala bilərsiniz.

Əsas olaraq Almaniyada bakalavr təhsili almaq istəyən tələbələrin nəzərinizə çatdıraq ki siz ilk öncə təhsilinizi 12 ilə tamamlamalısınız çünki Almaniya 12 illik təhsil tələb edir.

Almaniyada ödənişsiz təhsil ala bilərəm ?

Bəli Almaniyada təhsil ödənişsizdir, ancaq bunun üçün sizin əlinizdə müəyyən nəticələr olmalıdır.

Tədris ingilis dilində olarsa

-Beynəlxalq dil sertifikatı ( IELTS) və ya ekvivalent sertifaktlar

– GPA isə 75+ olmalıdır

– Seçəcəyiniz ixtisas isə bakalavrda oxuduğunuz ixtisasla uyğunluq təşkil etməlidir ( magistratura səviyyəsi üzrə)

Tədris alman dilində olarsa

Beynəlxalq alman dili sertifikatı – Telc və ya Testdaf (C1 səvviyədə)

-GPA isə 75+ olmalıdır.

Almaniyada tehsil ve depozit

Əgər siz artıq Almaniyadan qəbul almısınızsa sizin viza mərhələniz başlayır.

Viza mərhələsi üçün müəyyən sənədlər tələb olunur.Ancaq hər ölkədə olduğu kimi Almaniyada bank hesabı tələb edir.Almaniya bank hesabının şərtləri isə daha fərqlidir.

Siz viza almaq üçün alman bank hesabı açdırıb həmin hesaba 11.208 euro depozit məbləği göstərməlisiniz.

Burada əsas məsələ odurki siz bu depoziti birdəfəyə çıxarda bilməzsiniz.

Siz o puldan hər ay müəyyən məbləğ bir tələbəyə ehtiyac olan məbləği yəni 934 euro çıxarda bilərsiniz.

Beləki Almaniyada bank depoziti çox olduğu üçün tələbələr təqaüd proqramlarına müraciət edirlər və siz təqaüd qazandığınız zaman bank depozitindən azad olursunuz.

Almaniyada təqaüd imkanları

1.DAAD –https://cleverest.az/daad-teqaud-proqrami/

2.Dövlət Proqramı- https://cleverest.az/dovlet-proqrami-s%c9%99rtl%c9%99ri-cleverest-academy/

Qeyd edilən təqaüdlər haqqında qarşısındakı linkə keçid edərək ətraflı məlumat ala bilərsiniz.

Almaniyada tehsil zamanı qarşılaşa biləcəyiniz əlavə xərclər.

1.Application fee – bu siz universitetə sənədlərinizi göndərdiyiniz zaman ödəməli olduğunuz qeydiyyat rüsumudur.

2. Səfirliyin rüsumu 138 AZN

3. VisaMetric şirkətinin rüsumu 51 AZN-dir;

Leave a comment