a

Cleverest Academy

  /  Xaricdə Təhsil   /  ALES nədir?
ALES nədir

ALES nədir?

Türkiyədə magistratura təhsili almaq istəyən tələbələrin axtarışı zamanı tələb olunan sənədlər arasında qarşılarına çıxacaq imtahanlardan biri də ALES imtahanıdır.

Bəs ALES imtahanı nədir?

ALES (Akademik Personel Ve Lisansüstü Eğitimi Giriş Sınavı) -Akademik Kadrlar və Lisansüstü Təhsil İmtahanıdır. Adından da göründüyü kimi, magistratura təhsili almaq istəyən və ya akademik karyera qurmağı planlaşdıran insanların verdiyi imtahandır. İldə üç dəfə keçirilən bu imtahanda bal aralığı 50 ilə 100 arasındadır. 07.09.2017-ci il tarixli dəyişikliklə imtahan 2 şifahi və ədədi test və 100 sualdan ibarətdir. İmtahanın müddəti 2,5 saat, etibarlılıq müddəti isə 5 ildir.

Türkiyədə magistratura təhsili tezli və tezsiz şəkildə olur. Əgər siz tezsiz ( dissertasiyasız) magistratura təhsili almaq istəyirsinizsə, ALES tələb olunmur. Tezli( dissertasiyalı) magistratura təhsili üçün ALES və digər dil imtahanlarının nəticələri tələb olunur. Bəzi universitetlər qəbul üçün tələbələrdən ALES imtahan nəticəsi tələb etmir. Bu, iştirak etmək istədiyiniz universitetin qəbul tələblərindən asılıdır. İxtisas seçimindən asılı olaraq, bəzi universitetlər doktoranturaya qəbul üçün daha yüksək imtahan nəticəsi tələb edir. İmtahandan toplamalı olduğunuz minimum bal 55-dir. Tələb olunan bal universitetdən asılı olaraq dəyişsə də, seçim prosesində iştirak etmək və yaxşı universitetdə təhsil almaq üçün doktorantura pilləsi üçün 80, magistratura səviyyəsi üçün 70-dən yuxarı ALES balınız olmalıdır.

İmtahanın quruluşu necədir?

İmtahan hər biri 50 sualdan ibarət iki ayrı, Sözəl və Sayısal testdən ibarət olur. Ümumilikdə 100 sualdan ibarət olan imtahanın müddəti 150 dəqiqə (2,5 saat) müəyyən edilib.

Daha əvvəl testin sayısal hissəsində 40 sualdan ibarət iki test (Sayısal-1, Sayısal-2);sözəl bölümündə isə hər biri 40 sualdan ibarət iki test (Sözəl-1 və Sözəl-2 ) olmuşdur. Yeni qaydaya görə  isə dörd test/bölmənin sayı ikiyə endirilib və yeni ALES sayısal və sözəl olmaqla iki bölmə və bir testdən ibarətdir.

ALES-Ə necə hazırlaşa bilərəm?

Bunun üçün siz Cleverest Academy rəhbərliyinə müraciət edə bilərsiniz.

Leave a comment